Şrift:
Azərbaycan DSX-nın Aviasiya dəstəsinin silahlanmasına qəbul edilən helikopterlər ilk hava uçuşu edib
19.04.2012 [16:09] - Hərb
Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya dəstəsinin silahlanmaya qəbul edilən “Mi-35 M” tipli helikopterləri ilk hava uçuşu edib.

DSX hərbi aerodromumda keçirilən uçuşda 1 ədəd “Mi-35 M” tipli helikopter havada müxtəlif manevrlər sərgiləyib, çətin pilotaj nümunələri icra edib.

Helikopterin uçuşunu baş nazirin birinci müavini Yaqub Eyyubov, DSX rəisi Elçin Quliyev və digər şəxslər izləyiblər.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarına ilk dəfə qəbul edilmiş bu helikopterlərin nümunəvi uçuşları yüksək qiymətləndirilib.

Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.
Bu xəbər oxucular tərəfindən 3287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed