Şrift:
Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıb
30.03.2017 [10:44] - İdman
Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının ikinci yarış günündə Azərbaycan milli komandası daha 3 medal qazanıb.
Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.
Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. O, həlledici görüşdə Rusiya təmsilçisini də üstələyərək, Avropa çempionu adını qazanıb.
Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı rəqibinə uduzub. Lakin o, bürünc medal uğrunda görüşdə isveçrəli pəhləvanı yenməyi bacarıb.
Nəhayət, Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli idmançıya məğlub olub. O da bürünc medal qarşılaşmasında İsveçrə təmsilçisini üstələyib.
Beləliklə, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl və 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed