30.03.2017 [10:47] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Kişineu şəhərində TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib. Konsert Türkiyə və Azərbaycanın Moldovadakı səfirliklərinin və S.Lunkeviç adına Moldova Milli Filarmoniyasının dəstəyi ilə təşkil edilib.
Konsert “Novruz-2017” silsilə tədbirlər çərçivəsində reallaşıb. Moldovada orkestrin 2 konserti nəzərdə tutulub - paytaxt Kişineu və Moldovanın Qaqauziya Muxtar Vilayətinin mərkəzi Komrat şəhərlərində.
Tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı qonaqları salamlayaraq belə konsertin əhəmiyyətindən söz açıb.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkədə akkreditə olan bütün türkdilli dövlətlərin səfirləri adından konsertin təşkilatçılarına təşəkkür edərək deyib: Türk dünyası öz mədəni və tarixi irsi ilə bütün dünyada tanınır. Bizim ümumi zəngin mədəniyyətimiz türk dünyasını birləşdirən amillərdən biridir. Ən əsası odur ki, bu gün bizim bu mədəniyyətimizi bütün dünyaya nümayiş etmək üçün imkanlarımız var”.
Türkiyənin Moldovadakı səfirinin həyat yoldaşı Günay Kılınc orkestrin parlaq çıxışlarını vurğulayaraq konsertlərin coğrafiyasının getdikcə genişlənəcəyinə inamını ifadə edib.
Konsert türk xalqlarının qədim musiqi mədəniyyətini əks etdirən çıxışlarla yadda qalıb.
Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |