Şrift:
Ər-Riyadda qurulan Azərbaycan stendi maraqla qarşılanıb
30.03.2017 [10:49] - Mədəniyyət
Ər-Riyaddakı Kral Feysəl məktəbində “IX Beynəlxalq Gün” adlı ənənəvi illik tədbir keçirilib. Səudiyyə Ərəbistanı Krallığının dövlət qurumlarının, 40-a yaxın xarici ölkənin diplomatik nümayəndəliklərinin təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanı bu ölkədəki səfirliyimiz təmsil edib.

Builki “IX Beynəlxalq Gün”də də iştirak edən səfirliklər ölkələri haqqında materialları təqdim etmələri üçün masa və stendlərlə təmin edilib, həmçinin məktəbdə oxuyan şagirdlər prosesə cəlb olunublar.

Azərbaycan üçün ayrılan stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələri əks etdirən kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur yerlərini, təbiətini və Bakının müasir görkəmini əks etdirən fotostendlər quraşdırılıb. Tədbir çərçivəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan sosial-iqtisadi nailiyyətləri barədə sənədli film göstərilib. Cari ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şagird, tələbə və tədbir iştirakçıları arasında təşviqat işləri aparılıb.

Təşkilat Komitəsi ölkəmizin festivalda iştirakından məmnunluğunu bildirilib.

Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed