Şrift:
Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq
30.03.2017 [15:43] - Xəbərlər, DAVAMın yazıları
Məlumdur ki, Azərbaycanın quruda ən qısa sərhədi Türkiyə ilə olan hissədir. Sadəcə, 15 kilometrdən ibarət, Türkiyə ilə Azərbaycanı bir-birinə qonşu edən həmin sərhədin yaradıcısı isə Mustafa Kamal Atatürkdür.
Həmin dövrdə Naxçıvanın Türkiyə ilə birbaşa sərhədi olmayıb. Azərbaycanla Türkiyə arasında şimaldan Ermənistan SSR, cənubdan isə İran yerləşirdi. Atatürk İran və Ermənistanla dəyişkən və həssas münasibətləri nəzərə alaraq Azərbaycanla birbaşa sərhədin vacibliyinə inanır. Türkiyənin ilk prezidenti həm Naxçıvanın təhlükəsizliyi, həm Türkiyənin Orta Asiyada yaşayan türk xalqaları ilə əlaqələrin qorunması üçün Naxçıvanla fiziki sərhəd yaratmaq qərarına gəlir.
Mustafa Kamal Atatürk dəqiq bilinməyən bir məbləğ ödəyərək xəritədə görünən ərazini İrandan alır.
90-cı illərin əvvəlində SSR-in dağılmasının ardından Azərbaycan və Ermənistanda arasında başlayan müharibədə erməni əsgərlər Qarabağla birlikdə Naxçıvana da hücum edir. Naxçıvanlılar üçün həmin sərhədin vacibliyi o dövrdə ortaya çıxır. Azərbaycanla birbaşa sərhədi olmadığı üçün silah-sursat əldə etməkdə çətinlik çəkən naxçıvanlılar həmin sərhəd vasitəsilə Türkiyədən humanitar və hərbi yardımlar əldə edərək öz torpaqlarını qoruya bilir.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed