Şrift:
Milli fəalların hələ də təbriz zindanında saxlanılmalarına baxmayaraq, məhkəmə işləri davam etdirilir
20.04.2012 [12:00] - Güney Azərbaycan xəbərləri
Aprel ayının 19-u Tanınmış jurnalist, insan haqları fəalı, Türk dili və sosyoloji öyrətməni İbrahım Savalan, Azərbaycan Tanıtım Ocağının fəalı və Türk dili öyrətməni Ruzbeh Səadəti, Azərbaycan Tanıtım Ocağının fəalı və Türk dili öyrətməni Əfşin Şahbazi, Azərbaycan Tanıtım Ocağının keçmiş fəal üzvü və Türk dili öyrətməni Məhəmməd Əhədi, Azərbaycan Tanıtım Ocağının keçmiş katibi və Türk dili öyrətməni Mehrdad Kərəminin Təbriz inqilab məhkəməsində son istintaq iclasları keçirildi.

Bu İclas, Haşimzadə adlı müstəntiqin başçılığı ilə keçirilmişdir. Haşimzadə, iclasın sonunda bildirmişdir ki, bu məhkəmə işinin ardı olaraq gələn həftə şöbələrin birinə pərvəndə veriləcəkdir. Bəlkə gələn həftə müttəhimlərin mülkü girov qarşılığında azadlığa buraxılmaları haqqında hansısa bir qərara gəlindi.

Milli fəallarımızı məhkəmədə müdafiə edən vəkil, Cəfər Əfşarniya olmuşdur.
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed