Şrift:
Qəddafinin oğlu ələ keçdi
13.10.2011 [11:48] - Gündəm
Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafinin son sığınacaq yeri – doğolduğu Siirt şəhəri Milli Keçid Şurasının (MKŞ) hərbi qüvvələrinin əlinə keçib. Uzun müddət müqavimət göstərəndən sonra nəhayət Qəddafinin son sığınacağı da NATO-MKŞ birləşmələri tərəfindən alınıb. Maraqlı məlumat ondan ibarətdir ki, keçmiş liderə sadiq olan silahlılar arasında Qəddafinin oğullarından biri Mutassim də var. Faktı keçid hökumətinin nümayəndəsi Abdelkarim Bizam, BBC və Frans Press agentlikləri də təsdiq edib.
Məlumatda bildirilir ki, Qəddafinin oğlu hazırda Benqazidədir və yeni hökumətin təmsilçiləri tərəfindən sorğu-suala tutulur.
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed