Şrift:
NATO Bəşər əsədə qarşı hərəkətə keçə bilər
20.04.2012 [15:15] - Xəbərlər
Parisdə Suriyanın dostları qrupunun iclası baş tutub.

Qrupa daxil olan 14 ölkənin xarici işlər nazirləri Suriya hökumətindən Kofi Annan planına əməl etməyi və BMT Təhlükəsizlik Şurasının yardımı ilə Dəməşqə qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər.

ABŞ dövlət katibi Hillari Klinton isə Türkiyənin ərazi bütövlüyünə təhlükə yaranacağı halda, NATO-nun yardımından istifadə ediləcəyini bildirib. Görüşdə çıxış edən Fransanın xarici işlər naziri Alen Juppe bəyan edib ki, atəşkəsin elan olunmasına baxmayaraq, Homs və Suriyanın digər şəhərlərinin sakinləri ordu qüvvələrinin zorakılığına məruz qalır. O, deyib ki, iclasa toplaşan nümayyəndə heyətləri hamısı Annan planını dəstəkləyir. Rəsmi Dəməşq isə öhdəliklərini yerinə yetirmir. Buna görədə Suriyada gərginlik pik nöqtəsinə çatıb. Müxalifət Annan planına əməl edir, lakin Suriya rejiminin buna riayət etdiyini demək olmaz. Bura toplaşan dövlətlər Suriya hökumətindən qəbul etdiyi öhdəliklərə müvafiq olaraq zorakılığı dayandırmağı tələb edirlər. Annan planının uğursuzluqla nəticələnməsi hətta bütün bölgədə vətəndaş müharibəsinə gətirib çıxara bilər. Alen Jupe belə deyib.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed