01.04.2017 [18:33] - Gündəm, DAVAMın yazıları
Facebook dostumuz hörmətli adaşım-Nazim Muradovun maraql bir məlumatını daha geniş məkana çıxararaq, məlumatın tarixdə qalması, dünya kitabxanalarının kataloqlarına düşməsi üçün oxucularla bölüşmək qərarına gəldim..
Bu informasiya uzun illər ehtiyatla danışılan bir xəbərin təsdiqinə inamı artırır.
Söhbət 20 yaşlı Cəfər Cabbarlının yazdığı "Bakı müharibəsi" draması (dramı-N.N.) ) haqqındadır.
Facebook məktubunda əsərin Bakı Dövlət Teatrında iki gecə göstəriləcəyi xüsusilə vurğulanır.
Əsərin təqdimatında "Bakı müharibəsinin janrı "tarixi dram" kimi təqdim edilsə də, sonrakı sətirlərdə onun "faciə" olduğu göstərilir.
Bəlkə də bu fikir daha ağlabatandır. Onsuz da, ədəbiyyatşünaslıqda hələ də bu və ya digər əsəri tədqiqatçının təqdimi ilə verilməsinə,tanıdılmasına,demək olar ki, etiraz edən yoxdur.
Məsələn, M.F.Axundovun dram əsərlərini gah alti komediya, gah da beş komediya, bir dram kimi tanıdırlar.
Şah İsmayıl Xətayinin iri həcmli əsərlərinin janrının təyini də tədqiqatçı istəyinin təsdiqi kimi qəbul olunmuşdur.
Təəssüf ki, Facedbook səhifəsində hörmətli alim dostumuz Cəfər Cabbarlınin "bakı müharibəsi" dramı haqqında verilən məlumatın dəqiq mənbəyini göstərmir.
İnformasiyanı olduğu kimi , müəyyən izahlarla latın qrafikasına tracliterasiya edirik.
" Axşam tamaşaları * Tazə tarixi dramalar * axşam tamaşaları
Azərbaycan dövlət tiyatrosunda
Zilhiccənin (ərəb qəməri aylarından on ikincisi-N.N.) 20-si,
sentyabrın16-sında(on altısında-N.N.)
Bakü-Türk səhnəsi aktyorlarının iştirakı ilə
artist Abbas Mirzə Şərifzadənin
təhtı- idarəsində (rəhbərliyialtında - N.N.)
Azərbaycanımızın paytaxtı Bakı şəhərinin
mart hadisəyi- ələməsindən (mart ələmli, kədərli hadisələrindən-
N.N.)
sonra düşmənlər əlində qalıb,
sonradan qəhrəman Türk ordusu tərəfindən mühasirə edilib
xilas olmasının bir illiyi münasibətiylə
gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin
yeni yazmış olduğu “Bakü Müharibəsi” draması,
mövqeyi- təmaşaya qoyulacaqdır.
5 pərdədə, 7 şəkildə.
Həmin faciədə, Bakı şəhərində mart hadisəyi -ələməsindən
(ələmli,kədərli hadisədən-N.N.) sonra müsəlmanlara
edilən zülm göstəriləcəkdir.
Faciədə iştirak edəcəklər:
Nuri Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy.
Nuri Paşanın cəbhədə olması və Bakıya hücum planı yapılması
göstəriləcəkdir.
Bu faciədə Bakının mart hadisəyi- ələməsindən ta xilas olana qədər
nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir".
İnanırıq ki,yeni dərsliklər yazılarkən, informasiyanın mənbəyi
dəqiq müəyyənləşdiriləndən sonra bu maraqlı fakt alim və
dərrslik müəlliflərinin diqqətindən yayınmayacaqdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin qzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq..
Bakı.
01.04.2017.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |