Şrift:
Azərbaycan plovu Moskvada təqdim edilib
03.04.2017 [15:08] - Mədəniyyət
Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramına həsr olunmuş “Plov” festivalı keçirilib.

Festivalda Azərbaycan, Özbəkistan, Tacikistan və digər xalqların diasporlarını təmsil edən 30 minə yaxın qonaq iştirak edib.

Moskva şəhəri milli siyasət və regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkov tədbiri açaraq bildirib ki, Novruz xalqları birliyə çağıran bayramdır. Rusiya paytaxtında Novruzun qeyd edilməsi ölkədə xalqlar arasında dostluğun və qardaşlığın rəmzidir.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

Festival iştirakçıları milli plov növlərini təqdim etməklə yanaşı, xalq tətbiqi sənət nümunələri, milli geyimlər, suvenirlərdən ibarət sərgi də təşkil ediblər.

Azərbaycan stendini Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyəti təqdim edib. Konsert proqramında isə ölkəmiz Emil Qədirov və Nigar Rəhimova ilə təmsil olunub.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed