03.04.2017 [15:09] - İdman
Bu gün Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq şahmat turniri başlanır.
Turnirdə ölkəmizi səkkiz şahmatçı təmsil edəcək. Turnirdə ümumilikdə 215 şahmatçı, o cümlədən 53 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Azərbaycanı Dubayda qrossmeysterlər Eltac Səfərli, Nicat Abbasov, beynəlxalq ustalar Vüqar Əsədli, Nail Bəşirli, Nərmin Xələfova, FIDE ustası Əhməd Əhmədzadə, habelə Rəvan Əliyev və Vüsal Abbasov təmsil edirlər.
“19th Dubai Open 2017” turnirinin qalibi aprelin 12-də müəyyən ediləcək.

Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |