03.04.2017 [15:11] - İdman
"Azərbaycan Hava Yolları" hər kəsi aprelin 6-dan 8-ə kimi Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisindəki stendini ziyarət etməyə dəvət edir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, ziyarətçilər AZAL və onun eksklüziv tərəfdaşı “Silk Way Travel”in birgə stendində aviaşirkətin və turizm agentliyinin nümayəndələri ilə söhbət edə biləcəklər. Həmçinin sərgi iştirakçıları və ziyarətçilərini maraqlı işgüzar görüşlər gözləyir.
Eyni zamanda, sərgi müddətində stendin ziyarətçiləri arasında "Azərbaycan Hava Yolları"nın uçuşlar yerinə yetirdiyi istiqamətlərə pulsuz aviabiletlər, həmçinin digər qiymətli mükafatlar oynanılacaq.
Həmçinin iştirakçılar və ziyarətçilər tez-tez səyahət edən sərnişinlər üçün nəzərdə tutulan AZAL MILES proqramında qeydiyyatdan keçərək proqramın iştirakçısı ola bilər və bununla da 50 bonus balı hədiyyə qazana bilərlər.
AITF sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları bir araya toplayaraq mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına çevrilmişdir.

Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |