21.04.2012 [14:59] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın müxtəlif bölgələrinin millət vəkilləri “Azərbaycan” sözünün universitetin adından ləğv edilməsinə etiraz ediblər.Millət vəkilləri Mədəni İnqilab Ali Şurasının rəisinə ünvanladıqları etirazda bildiriblər ki, bölgə əhalisinin həssaslığı və əksər öyrəncilər və elmi heyətin tələbinə əsasən, biz millət vəkilləri təsdiqlənmiş təklifin (Tərbiyyət müəllim-i Azərbaycan adının Şəhid Mədəni universitetinə dəyişdirilməsi) islahını tələb edirik.
Təbrizin millət vəkili Məsud Pezeşkiyanın sözlərinə görə, bu barədə bir qrup azərbaycanlı millət vəkilləri arasında iclas keçirilib və bütün millət vəkilləri Azərbaycan sözünün universitetin adından ləğv edilməsinə qarşı çıxıblar.
Millət vəkilləri mövzu ilə bağlı prezident Mahmud Əhədinejad və təhsil nazirliyinə də müraciət ünvanlayıblar.

Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |