Şrift:
Müdrik insan
03.04.2017 [17:08] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
səmimi insan Akif Əlizadəyə ithaf edirəm


Yenə gözlər qonaq oldu qəhərə,
Gəlimli-gedimli yollara bəndəm.
Hamı yaşamağa gəldi şəhərə,
Təkcə atlar qaldı dağlara həmdəm.

Dünya özü səpdiyini bitirdi.
Yollar batman-batman karvanlar görüb.
Akif müəllim: - mərdliyin itirməz,
Dünya özü yaşda karvanlar sürüb.

Üzündə bir aləm nur çələngi var,
Köhnə kişilərin yadigarısan.
Torpağı günəşli Azərbaycanın
Sinəsi üstündə iftixarısan.

Xeyirxahlıq sənin təməl daşındır,
Xəzər ləpələnsə göz yaşlarındır.
Elləri sevdirən müdrik yaşındır,
Milləti ucaldan şöhrət barısan.

Elmin bir aləmdi, sözün bir aləm,
Kədər uzaq olsun, sevincə gəlləm.
Vəli Səmədliyəm, yenə deyəcəm,
Uca dağlarımın bəyaz qarısan.

Vəli Səmədli,
Jurnalistlər Birliyinin üzvü


Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed