Şrift:
Azərbaycan ağırlıqqaldıranları olimpiadaya lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayıb
06.04.2017 [10:32] - İdman
Tailandın paytaxtı Banqkokda 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ağırlıqqaldırma üzrə dünya çempionatına start verilib.
100-dək ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da mübarizə aparır. İlk yarış günündə iki atlet körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.
Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq 3-cü olub. Təkanla qaldırmada o, 115 kq-ı ram edib və 11-ci yeri tutub. Toplam 209 kq (94 kq + 115 kq) nəticə göstərən ağırlıqqaldıran B qrupunda 6-cı olub.
Hüseynov isə birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 6-cı yeri tutub. Atlet təkanla qaldırma hərəkətində 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyib. Toplam 219 kq (94 kq + 125 kq) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutub.
Yekunda Məmmədov 16-cı, Hüseynov isə 8-ci yeri tutub.
Qeyd edək ki, hər iki atlet ötən il Polşanın Novı Tomısl şəhərində yeniyetmələrin Avropa birinciliyində çıxış ediblər. Həmin yarışda İsmayıl Məmmədov toplam 174 kq (81 kq + 93 kq), Elməddin Hüseynov isə 194 kq (84 kq + 110 kq) nəticə göstərib. Onlar dünya çempionatında nəticələrini müvafiq olaraq, 35 kq və 25 kq yaxşılaşdırıb.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed