06.04.2017 [10:43] - Mədəniyyət
Məlum olduğu kimi, Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və "Dinlər Evi - Mədəniyyətlərin Dialoqu" qurumunun birgə təşkilatçılığı ilə "Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri" mövzusunda konfrans keçirilib. Mərkəzdən bildirilib ki, konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Rəşad İlyasov da təmsil olunub. Şöbə müdiri vurğulayıb ki, sözügedən konfrans Dinlər Evində keçirilən ilk böyük tədbirdi. "Tədbirin moderatoru Dr.Brigitta Rotach-ın mənim "Dinlər Evi - Mədəniyyətlərin Dialoqu" təşkilatının rəhbəri Qerda Hauka ingilis dilində "Literary Sources of Azerbaijani Multiculturalism" kitabını təqdim etdikdən sonra ilk sualı belə oldu ki, bu kitabla bağlı Qərbdən sizə elmi reaksiyalar və mülahizələr gəldimi? Cavabımda bu kitabın yeni nəşr olunduğunu və ilk olaraq İsveçrədə təqdim edildiyini söylədim və onların reaksiya və təkliflərini gözlədiyimizi bildirdim."- deyə, Rəşad İlyasov qeyd edib.
Bern Şulkrays Betlehem kollecinin müəllimi Rut Bielmann BBMM-nin həyata keçirdiyi yay və qış məktəbləri barəsində sual verərək bu istiqamətdə Azərbaycandakı məktəblərlə əmakdaşlıq perspektivləri ilə bağlı suallar verdi. Konfransda Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Fransada yaşayan yəhudilər ilə Azərbaycanda yaşayan yəhudilər arasında sosial müqayisə aparması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Belə ki, Milix Yevdayev Fransız yəhudilərinin ``Biz Fransada küçədə fransız, evdə yəhudiyik`` sözlərinə qarşılıq olaraq "Biz Azərbaycanda həm küçədə, həm də evdə yəhudiyik`` deməsinin reallığı əks etdirdiyini qeyd etdi.
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı və səfirlik əməkdaşları bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycan multikulturalizminin İsveçrədə təbliği və təşviqi istiqamətində əllərindən gələni edirlər.

Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |