07.04.2017 [10:22] - Mədəniyyət
Azərbaycan xalq artisti fəxri adı 1928-ci il iyulun 28-də təsis olnumuşdu. Mükafat Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti tərəfindən teatr, musiqi və kino sahəsində xüsusilə seçilmiş incəsənət xadimlərinə verilirdi.
Mükafat əməkdar artist yaxud əməkdar incəsənt xadimi fəxri adının verilməsindən azı 5 il sonra təqdim olunurdu.
İlk dəfə bu mükafat 1931-ci ildə tarzən Qurban Pirimova təqdim olunmuşdu. Müxtəlif illərdə Azərbaycan mədəniyyətinin inkişafında rol oynamış müttəfiq respublikaların incəsənət xadimləri də bu fəxri ada layiq görülürdü.
Reynqold Qlier (1874-1956) – alman əsilli rusiyalı bəstəkar, dirijor və pedoqoqdur. 1934-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə “Şahsənəm” operasının müəllifi kimi Azərbaycan SSR Xalq artisti adını qazanıb.
Vasiliy Nikolski (1882-1967) – azərbaycanlı opera müğənnisi .1929-1952-ci illərdə Bakıda Opera və Balet etatrının solisti olan Nikolski vocal sənətinin hərtərəfli inkişafına görə1934-cü ildə Azərbaycan Xalq artisit fəxri adını almışdı.
Aleksandr Tuqanov (1871-1960) – Moskvada anadan olan tanınmış teatr rejissoru. 1935-ci ilin tanvarından Azərbaycan Dram Teatrının rejissorudur. 1936-cı ilin martında Şekspirin “Maqbet” faciəsinin səhnələşdirməsinə görə Azərbaycan SSR Xalq artisti fəxri adını almışdı. Həmin tamaşada Ledi Maqbet rolunun ifasına görə Mərziyyə Davudova da SSRİ Xalq artsiti adını qazanmışdı.
Aleksey Qripiç (1891-1983) – SSRİ-nin tanınmış teatr rejissorudur. O, 1871-ci ildə Rusiyanın Oryol şəhərində anadan olub. Uzun illər (1940-1948) Azərbaycan Rus Dram teatrının rejissoru olub. O, 1946-cı ildə Konstantin Simonovun “Praqanın kaştanları altında” tamaşasının səhnələşdirməsinə görə Azərbaycan SSR Xalq artsiti (1946) adına layiq görülüb.
Yevgeniya Olenskaya (1900-1959) – Azərbaycan teatr aktrisası. Dram teatrının səhnəsində “İblis”, “Şeyx Sənan”, “Od gəlimi”, “Sevil” tamaşalarında qadın obrazlarını məharətlə yaradıb. Eyni zamanda özünün yazdığı “Paxıllıq” romanının motivləri əsasında “Hisslərin sözləşməsi” pyesini qələmə alıb. Paralel olaraq, “Üç gombul” nağının sujeti əsasında 1935-ci ildə eyniadlı balet də yaratmışdı. Azərbaycan teatr sənətinin inkişafında roluna görə, 1949-cu ildə Xalq artisit fəxri adına layiq görülüb.
Vladimir Otradinski (1904-1971) – Rus Dram teatrının aktyoru. 1934-cü ildən çalışdığı teatrın səhnəsində Vaqif (Səməd Vurğunun eyniadlı pyesi), Qraf Almaviva (Fiqaronun toyu) Bolinqbrok (Su stəaknı) və s.tamaşalarda baş rol ifa edib. 1956-cı ildə teatrdakı xidmətlərinə görə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Azərbaycanın Xalq artisti adına layiq görülmüşdü.
Mayor Brenner (1906-1973) – Azərbaycan fortepiano məktəbinin yaradıcılarından biridir. Ukraynanın Dnepr (keçmiş Dneprpetrovsk) şəhərində andan olan Brenner 1935-ci ildən bəri Bakı Konservatoriyasının müəllimi olub. O, Qara Qarayev və Fikrət Əmirovun əsərlərinin ilk ifaçısı sayılır. Xalq artisti adını 1968-ci ildə alıb.
Elina Bıstritskaya (1928-) – Məşhur sovet kino və teatr ulduzu, məşhur müğənnidir. O 1928-ci il aprelin 4-də Kiyevdə andan olub. 1958-ci ildə çəkilmiş “Sakit Don” filmindəki Aksinya obrazı ilə populyarlıq qazanıb. 1966-cı ildə Rusiya, 1978-ci ildə isə SSRİ Xalq artisti adına layiq görülüb. Eyni zamanda Azərbaycan, Qazaxıstan və Gürcüstan SSR-nin də ali fəxri adını daşıyıb.
Anatoli Falkoviç (1923-1994) – Sovet kinosu və teatrının tanınmış aktyoru. Daha çox 60-70-ci illərdə Djerzinski haqqında çəkilən sovet filmlərindəki ifası ilə məşhur idi. O uzun illər Rus Dram teatrının aktoyru kimi teatr tamaşalarında da çıxış etmiş, 1972-ci ildə Rus Dram teatrının səhnəsində yaratdığı obrazlara görə Azərbaycan SSR Xalq artisti adına layiq görülüb.
Lüdmila Zıkina (1929-2009)– Məşhur Sovet müğənnisi, SSR Xalq artisti. 1929-cu ildə Moskvada anadan olmuşdu. Moskonsertin vokalisti kimi SSRİ-nin müxtəlif guşlərində, o cümldənə Azərbaycanda konsertlər verib. 1972-ci ildə Azərbaycan SSR Xalq artisti adını alıb.
Nina Sarnatskaya (1909-1986) – Azərbaycanlı teatr aktrisası. Bakı şəhərində anadna olub. Azərbaycan Rus Dram teatrının aktrisası kimi onlarla tamaşalarda iştirak edib. Eyni zamadna İncəsənət İnstitutunda dərs edib. O, 1974-cü ildə Azərbaycan SSR Xalq artsiti fəri adına layiq görülüb.
Dina Tumarkina (1932-ci ildə Odessa şəhərində anadan olub. Azərbaycanın tanınmış teatr aktrisasıdır. O 1956-1990-cı illərdə Rus Dram teatrında çalışıb və bir çox uğurlu obrazlar yaradıb. Teatr xidmətlərinə görə, 1981-ci ildə Azərbaycan SSR Xalq artisti adına layiq görülüb. Dina Tumarkina 1990-cı ildən İsraildə yaşayır.

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |