Şrift:
İslamiadada futbol yarışlarının püşkü atılıb
07.04.2017 [10:26] - İdman
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının püşkü atılıb.
Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası A qrupuna düşüb.
Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş olub. B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb.
Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed