Şrift:
Ermənistan quldur dəstələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir
23.04.2012 [10:36] - Hərb
Ermənistanın işğalçı quldur bölmələri aprelin 22-də saat 14.15-dən 14.35-dək və 16.00-dan 16.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaralar kəndində yerləşən mövqelərimizi, saat 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.05-dən 16.45-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 09.20-dən 09.25-dək, 09.40-dan 09.50-dək və aprelin 23-də 00.20-dən 00.25-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed