Şrift:
Ötən il keçirilən hərraclarda 111 dövlət əmlakı özəlləşdirilib
07.04.2017 [10:33] - İqtisadiyyat
Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin xətti ilə 4-dən artıq hərrac keçirilib”.
Bu barədə Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü Süleyman İsmayılovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirilib. Məqalədə qeyd olunub ki, bu hərraclarda 111 dövlət əmlakı, ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikili, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
“Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydə alınıb, bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyatdır. Bu gün Azərbaycan iqtisadiyyatında ümumi məhsulun 75 faizi özəl sektorun payına düşür” – deyə, məqalədə qeyd olub.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed