07.04.2017 [11:02] - Xəbərlər, Türkün şanlı tarixi
Babəkin hökmranlıq etdiyi ərazilərdən danışarkən, bir məqamı da yeri gəlmişkən qeyd etmək yaxşı olardı. Xəlifənin Bağdad katibi Əbülfərəc Qudamə ibn Cəfər ibn Qudamə “Kitab-ül-xərac” adlı əsərində Azərbaycan şəhərləri haqda məlumat verərkən “Xan-Babək” adlı bir yerin adını çəkir və bildirir ki, “Ərdəbildən Xan-Babəkə 8 fərsəx, Xan-Babəkdən Bərzəndə isə 6 fərsəxdir”. Burda adı çəkilən yer, çox güman ki, Babəkin paytaxtı hesab olunan Bəzz şəhəridir və “Xan-Babək” ismində biz dövlət qurumuna aid olan bir “xan” sözüylə rastlaşırıq. Bu fakt Babəkin xan (oxu: hökmdar) qismində görüldüyünü söyləməyə müəyyən əsaslar verir. Məsudi isə “Müruc əz-zəhəb” adlı əsərində Babəkin idarə etdiyi yerlər barədə ətraflı yazarkən öz izahatına ilk əvvəl Dəmirqapı Dərbənddən başlayır və ardınca Azərbaycanın digər şəhərlərinin - Bərdə, Arran, Beyləqan, Zəncan, Əbhər, Qəzvin və sairənin adlarını çəkir.
Mənbələrin məlumatları ilə yanaşı, Babəkin hökmdar olduğunu sübut edən digər məqamlara da diqqət cəlb etməkdə fayda vardır. Bu məqamlar üzərində tarix sahəsində bu günədək müəyyən səbəblərdən sistemli iş aparılmamışdır, bununla bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verdiyini mütləq qeyd etməliyik.
Əvvla, onu bildirmək lazımdır ki, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Muhəmməd Cərir ət-Təbərinin “Tərix-ər-rüsul və-l-müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”, Qazi Əhməd Ğəffarinin “Nigaristan”, Fəsih Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə, “Zinət-əl-məcalis” əsərində bəzi məlumatlar verilib, hətta Füzuni Astarabadinin “Kitabi-Büheyrə” əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib. Sıradan bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqə sığmır, verilən məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin bir müstəqil dövlətin hökmdarı olduğunu təsdiqləyir.
Babəklə bağlı bu günədək aparılmış tədqiqatlarda diqqətdən demək olar ki, kənarda qalmış daha bir fakt Babəkin hərəmxanasının olması faktıdır. Sovet dövründə məlum səbəbdən bu faktın üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi - Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın (Babəldən öncə Hürrəmilərin rəhbəri və Cavidaniyyə təriqətinin rəisi. Doğulduğu il barədə məlumat yoxdur. 816-cı ilin əvvəlində Hürrəmilərin digər başçısı Əbu İmranla təkbətək döyüşdə yaralanmış və ölmüşdür. Bəzi mənbələrdə atasının adı Səhl, yaxud Səhrək kimi də çəkilir – C.B.) dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S.Nəfisi qeyd edir ki, “Görünür ki, onun (Babəkin - C.B.) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular”. İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır: “Onun (Babəkin - C.B.] on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi”. İbn əl-Əsir də “Əl-Kamil fi-t tarix” əsərində eyni məlumatı paylaşır.
Elə bu yerdəcə onu da qeyd edək ki, Babəkin 827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq onun qızını alması, faktı əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan rəhbərinə qız verib qohum olması o qədər də tez-tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik və digər Qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu.
Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər. Azərbaycan tarixində belə bir hal görülməyib ki, bir hökmdarı yaxud vilayət hakimi öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin. Burdan aydın olur ki, həm Sünik knyazı Vasak, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodalları Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar.
Babəkin hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması (Stepannos Orbelian, Sünik tarixi, XXXIII fəsil, səh.95-97), erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması ilə yanaşı, eyni zamanda, ölkəni işğal etmək niyyətindən əl çəkməyən Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda – xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində Hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə biləcəyindən narahat olaraq qabaqlayıcı tədbir kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu Hürrəmilər üzərinə göndərdi, Hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Hürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi. Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.
Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi xəlifəsi tərəfindən qızıl möhürlü fərman göndərilməsi də diqqət yetirilməsi vacib olan bir nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir adama qızıl möhürlü fərman göndərilməsi ağlasığmazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki, heç də onun Babəkə simpatiya ilə yanaşması, yaxud aşırı humanistlik nümayiş etdirməsi demək deyildi, bu, Babəkin özünün istər-istəməz hökmdar qismində görülməsindən irəli gələn addım idi - yalnız bir müsəlman hökmdara bu cür təntənəli şəkildə xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı Samarraya gətirilməsi hadisəsi də təsdiqləyir. Təbəri “Tərix əl-rüsul və-l-müluk” əsərində, İmadəddin ibn-Kəsir “Əl-bi-dayə və-n-nihayət” əsərində, Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində, Məsudi “Müruc-əz-zəhəb” əsərində qeyd edirlər ki, Babək hökmdarlara məxsus dəbdəbə ilə geyindirilmiş, başına hökmdarlarda tez-tez müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir filə mindirilmişdi. Babəkin əsir götürülmüş oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini, onların hərəsini bir atın belinə, mindirməsini və şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağlayaraq onları anaları ilə birlikdə azad etməsini biz dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nəvaziş kimi qəbul edə bilmərik, bu, məntiqdən kənar olardı. Bu addım yalnız hökmdar yaxud əsilzadə kimi qəbul edilən adamın özünə və ailəsinə xəlifə səviyyəsində nümayiş etdirilən etiket (süni də olsa) kimi dəyərləndirilə bilər.
Babəki hökmdar statusunda olan bir tarixi şəxsiyyət kimi qəbul etmək üçün bir sıra digər inkaredilməz məqamlar da vardır. Bu məqamlardan biri ondan ibarətdir ki, fars tarix yazarı Nizamülmülkün “Siyasətnamə” əsərində xilafətin baş sərkərdəsi Afşin Hidr ibn Kavusun Bəzzin süqutundan öncə Babəkə yazdığı daha bir məktubdan danışılır. Bu məktubda Afşin Babəkə bildirir ki, “Gəl barışaq, hazırda əlində olan vilayətə qane olub dinc otur: Mən isə qayıdıb əmirəlmöminindən sənin üçün başqa vilayətlərə də hakimlik fərmanı alıb göndərərəm. Mənim bu nəsihətimi qəbul edəcək olmasan, onda gəl birdəfəlik vuruşaq, görək kimin baxtı gətirəcək”. Z.Bünyadovda Afşinin bu təklifi aşağıdakı kimi qeyd olunub: “Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsınr sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim”. Hər halda, xilafətin baş sərkərdəsinin bu təklifinin aldadıcı olduğunu düşünmək məntiqsiz olardı. Əgər bu təklif həqiqətdirsə, məktubun məzmunundan aydın olur ki, Afşin Babəkə hazırda malik olduğu daha böyük, lakin gələcəyi görünməyən statusundan (bu status da öz növbəsində, əlbəttə ki, müstəqil bir dövlətin hökmdarı statusu ola bilərdi) imtina edib Abbasi xilafətinə tabe olan əyalət hakimliyi statusunu təklif edir və bildirir ki, hətta Azərbaycandan başqa digər vilayətlər də Babəkin ixtiyarına verilə bilər, təki o, xilafətə qarşı savaşdan əl çəksin. Bu sitatdan da Babəkin ən azı namə yazılan vaxt xilafətə tabe olmayan müstəqil bir dövlət qurumunun rəhbəri və hökmdarı olduğunu görmək mümkündür.
Mənbələrdə Babəkin hökmdar olmasını isbatlaya biləcək, yaxud bu fikrə haqq verən məqamlardan daha biri İbn-əl-Əsirin “Əl-kamil fi-t-tarix” adlı əsərində qarşımıza çıxır, belə ki, bu əsərdə Babəkin saraylarının mövcudluğunu təsdiq edən faktlar vardır. Əsərdə müxtəlif yerlərdə qeyd olunur ki, “Afşin dərhal atına mindi, əsgərlərə səsləndi, onlarla birlikdə gedib Bəzzə girdilər və əsgərlər bayraqlarla Babəkin saraylarına çıxdılar... Afşin və onun əsgərləri sarayın qapıları qarşısında hərbə məşğul idilər. O, neftçi hazırladı və sarayı yandırtdı. Əsgərlər sarayı dağıtdılar və Xürrəmiləri axırıncı adama qədər qırdılar”. Sübh açıldıqda Afşin yenə Bəzzə qayıdıb sarayları təzədən dağıtmağı və yandırmağı əmr etdi, əsgərlər də əmri yerinə yetirdilər. O saraylardan bir otaq da qoymadılar, hamısını dağıtdılar”. Elə həmin yerdə Babəkin saraylarını qoruyan 600 nəfərdən ibarət 4 pusqu dəstəsindən və bu dəstələrin hücum edən qoşunla vuruşduqlarından danışılır. Burdan aydın olur ki, Babəkin Bəzzdəki sarayını mühafizə edən bölükdə nə az, nə çox - altı yüz əsgər var imiş. Razılaşaq ki, adi bir üsyan başçısı padşah kimi möhtəşəm saraya sahib olmaz və heç vaxt bu qədər sayda mühafizə bölüyü saxlamaz. Bu qədər əsgərin bölüyünü müasir dildə hökmdar qvardiyası adlandırmaq tamamilə mümkündür. Eyni zamanda, bu qədər əsgərin qoruduğu sarayın özünün də kifayət qədər nəhəng olduğunu təsəvvür etməkI çətin deyil, bir halda ki, son sitatdan da göründüyü kimi, xilafət sərkərdəsi Afşin Bəzz alınan günü sarayı yandırtsa da, ertəsi günü sübh tezdən bu işi yenidən təkrar etdirmiş, həmin sarayların daşını daş üstə qoymamışdır. Babəkin sarayları barədə məlumata Əhməd ibn Əsəm əl-Kufinin “Kitab əl-Fütuh” əsərində də rast gəlinir, burda hətta Babəkin Bəzz şəhərində dörd sarayının olduğu da qeyd olunur .
Təbərinin “Tarix ər-rüsul və-l-müluk” adlı əsərində sovet tarixşünaslığının önəm verməyib üzərindən keçdiyi daha bir maraqlı faktı da diqqətə çatdırmaq lazım gəlir.
Təbəri bu əsərində Bəzz qalasının süqutu zamanı xilafət sərkərdəsi Afşinin Babəkin xəzinələrini ələ keçirdiyini qeyd edir. Z.Bünyadovsa həmin əsərə istinadən Babəkin taxtının olduğunu qeyd edir. Tanınmış fransız şərqşünası Klement Huart isə “İslam Ensiklopediyası”nda (Encyclopedie de Lİslam, I cild, s.557-558) İbn-ən-Nədimin “Kitab əl-Fehrist” əsərinə istinadən “Babəkin Əl- Bəzzdə taxta çıxması mərasimini” xatırladır. Bundan başqa, İbn Xəldun özünün “Kitab əl-ibər” adlı əsərində Babəkin çoxsaylı casuslardan ibarət şəbəkəsinin olmasına işarə edir və bu casusların bir neçəsinin 835-837-ci illərdə ələ keçirildiyini bildirir. Etiraf etmək lazımdır ki, bu kimi faktlara diqqət yetirdikdə, Babəkin böyük ərazilər üzərində bir hökmranlıq qurması və bu əraziləri iyirmi iki ildən artıq hərtərəfli idarə etməsi aydın olur.
Babəkin möhürünün olub-olmaması fikrinə gəlincə, mənbələrdə Babəkin Bizans imperatoruna, xilafət sərkərdəsi Afşin Hidr ibn Kavusa, Təbəristan valisi Məzyara yazdığı məktublardan söz edilirsə, əlbəttə ki, həmin namələrin Babəkə aid olduğunu isbatlayan bir möhür də mövcud olmuşdur. Sadəcə olaraq, bu gün həmin möhürü axtarmaq və ya bunun olub-olmaması fikrini müzakirə etməyin özü mənasızdır, Babəkin adından yazılmış olan namələrin mövcudluğu faktı öz-özlüyündə elə bu suala cavab verir.
Bu xüsusda qeyd olunan faktlara sistemli olaraq, kompleks şəkildə yanaşdıqda tarix elmində Babək əl-Hürrəminin statusu məsələsinə yeni yanaşmanın labüdlüyü açıq-aydın gözlər önünə sərilir.
Son.
Ceyhun Bayramlı

Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |