Şrift:
Polis Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
08.04.2017 [09:48] - Gündəm, Hüquq
Stokholm polisi yük maşınını insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə TASS agentliyi Aftonbladet qəzetinə istinadla məlumat verib. Xəbərə əsasən, saxlanan şəxsin yüngül xəsarətlər aldığı məlum olub və o, hadisədə əli olduğunu etiraf edib. Qəzetin mənbələrinin bildirdiyinə görə, həmin şəxsin əlamətləri polisin açıqladı şəxsin əlamətləri ilə üst-üstə düşür. Lakin İsveç polisi hələ ki bu məlumatı təsdiq etməyib. Polis hadisəni terror aktı kimi araşdırır.

Xatırladaq ki, naməlum şəxs Stokholmda qaçırdığı yük avtomobilini insanların üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Oxşar hadisə bir müddət əvvəl Almaniyanın Qeydelberq şəhərində, Londonda, ötən il isə Nitsada baş vermişdi.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed