Şrift:
Ter-Petrosyan: “Madrid sənədi Azərbaycanın tərkibində Qarabağın muxtariyyətini nəzərdə tutur”
23.04.2012 [11:56] - Güney Azərbaycan xəbərləri
Müxalifətyönlü Erməni Milli Konqresinin lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 20-də İrəvanın mərkəzində keçirilən mitinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı öz fikirlərini bildirib.

Onun sözlərinə görə, Qarabağ üzrə yekun sazişin tərtib edilməsi üçün baza qismində nəzərdə tutulan Madrid prinsipləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən təsdiq olunub (Sarkozi, Obama, Medvedev) və onları dəyişmək artıq mümkün deyil.
Onun sözlərinə görə, Madrid sənədi, ümumilikdə problemin iki prinsip - xalqların öz müqəddəratlarını təyinetmə hüququ və ərazi bütövlüyü əsasında həllini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed