Şrift:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların sənədlərini geri qaytarmasının səbəbləri açıqlanıb
13.10.2011 [16:28] - Mədəniyyət
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam təmayüllü 191 dini icmanın sənələrinin Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) geri qaytarılmasının səbəbi məlum olub.

DQİDK-nin mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, QMİ-dən Dövlət Komitəsinə daxil olmuş, lakin ilk dəfə və ya yenidən qeydiyyatdan keçməmiş 191 dini icmanın təsis sənədləri qanuna edilmiş dəyişikliklərə uyğun hazırlanması üçün Qafqaz Müsəlmanları İdarəsinə qaytarılıb. “Buna səbəb “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş sonuncu əlavə və dəyişikliklərə uyğun olaraq təsisçilərin sayının 10 nəfərdən 50 nəfərə qədər artırılmasıdır”, – deyə məlumatda bildirilib.
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed