10.04.2017 [10:25] - Mədəniyyət
Azərbaycanın "O olmasın, bu olsun" musiqli kinokomediyası ABŞ-ın Los-Anceles şəhərində nümayiş etdirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, tədbirin əvvəlində çıxış edən baş konsul Nəsimi Ağayev Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən musiqli kinokomediyasının təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya kinosevərləri tərəfindən də uzun illərdir məhəbbətlə izlənildiyini bildirib.
Baş konsul qeyd edib ki, bu kinofilmdə dövrün hadisələri komediya janrında təqdim olunsa da, o dövr üçün xarakterik olan bir sıra ciddi sosial-mədəni məsələlər, xüsusilə qadın hüquqları məsələsi böyük ustalıqla işıqlandırılıb.
Daha sonra film nümayiş etdirilib. Ekran əsəri amerikalı tamaşaçıların böyük marağına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |