23.04.2012 [13:41] - Güney Azərbaycan xəbərləri
Tehranın Təxti stadionunda “Traxtur”la “Rah Ahən” takımı (timi) arasında keçirilən müsabiqə “Traxtur”un qələbəsi ilə sona çatdı. İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 31-ci həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən 1 qol vuruldu.Qol Əmirhüseyn Sadiqi tərəfindən 87-ci dəqiqədə vuruldu.Bununlada “Traxtur-Rah Ahən” müsabiqəsi (1 - 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.Qeyd edək ki, Müsabiqənin İran paytaxtı Tehranda keçirilməsinə baxmayaraq, “Traxtur” tərəfdarlarının sayı “Rah Ahən” takımının tərəfdarlarından dəfələrlə çox olub. Stadionda yaşanan həyəcan, səsləndirilən şüarlar və tərəfdarların sayı o həddə çatıb ki, “Mehr” xəbər agentliyi “Rah ahən”i qonaq takım və “Traxtur”u ev sahibinə bənzədib. “Traxtur” tərəfdarlarının sayı 10000 nəfərdən çox olub. Bütün bunlar İranın müxtəlif bölgələri hətta paytaxtının demoqrafik tərkibindən ipucu ələ verir.“Traxtur” tərəfdarlarının gündən günə artaraq bütün təbəqələri əhatə etməsi, hər dəfə gur səslə milli şüarların səsləndirilməsi və demokratik hüquqların tələb edilməsi çox anlamlı mənzərə yaradıb. Güney Azərbaycanda gedən Milli Hərəkatı nəzərə alaraq deyə bilərik ki, “Traxtur” müsabiqələrində iki növ nəticəni vurğulamaq gərəkir: 1) Milli həmrəyliyin nümayişi 2) Futbolun Nəticəsi. Bu günə qədər əldə etdiyimiz nəticələr açıq-aşkar göstərir ki, əgər bəzi müsabiqələrdə ikinci hədəfə çata bilməsək də ancaq birinci hədəfə hər zaman çatmışıq.
Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |