10.04.2017 [15:01] - İqtisadiyyat
Bu gün Dünya Bankının (DB) dəmiryolu nəqliyyatı üzrə missiyasının Azərbaycana səfəri başlayıb.
Missiyaya "Azərbaycan dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi"nin kuratoru Jak Büre rəhbərlik edir.
Məlumata görə, səfər aprelin 18-nə qədər davam edəcək. J.Bürenin rəhbərlik etdiyi missiyanın maliyyə naziri Samir Şərifov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun üzv olduğu komissiya ilə görüşəcəyi bildirilir. Həmçinin, qonaqların hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda da görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, “Dəmiryolu və ticarətin dəstəklənməsi Layihəsi"nin ümumi dəyəri 750 mln. ABŞ dollarıdır ki, onun 220 mln. dolları DB-nin vəsaiti hesabına qarşılanır. Belə ki, Bankın ayırdığı vəsait hesabına layihədə elektrik və siqnal-işarəvermə sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |