11.04.2017 [15:17] - Gündəm, Mədəniyyət
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalının açılış mərasimi keçirilib.
Layihənin ideya müəllifi və rəhbəri professor Tərlan Seyidovdur. SSRİ və Azərbaycanın Xalq Artisti, professor Fərhad Bədəlbəylinin sədrlik etdiyi münsiflər heyətinə respublikamızın görkəmli incəsənət xadimləri daxildir.
Bakı Musiqi Akademiyasından bildirilib ki, BMA-nın məktəb-studiyasının bazasında – eksperimental laboratoriyasında keçirilən budəfəki festivalın xüsusiyyəti ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə ərzində Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə, yəni milli ladların səs sıralarını və kandensiyalarını ifa etməklə təqdim etməlidirlər.
Bütün bunlar mühüm məqsəd - yetişməkdə olan musiqiçilər nəslinin ifa etdikləri əsəri, başlıcası isə onun lad strukturunu dərindən başa düşməsi, öz mənbələrini – milli musiqini, xalq mahnılarını və rəqsləri bilməsi üçün təşkil edilib.
Festival dörd nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Nəfəs alətləri” və “Vokal” üzrə keçirilir. Festivalda iştirak etmək üçün Bakının və respublikanın 19 regionundan 110-dan çox ərizə verilib.
Festival bir həftə davam edəcək. Aprelin 17-də laureatların yekun konserti və diplomların təqdimi olacaq.

Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |