Şrift:
“Amec Foster Wheeler” BP-nin Azərbaycandakı layihələrində xidmət göstərəcək
11.04.2017 [15:18] - İqtisadiyyat
Böyük Britaniyanın “Amec Foster Wheeler” konsaltinq, mühəndislik və layihə idarəetmə şirkəti enerji nəhəngi BP şirkətinin Azərbaycandakı layihələrində xidmət göstərəcək.

Şirkət "BP International" ilə müqavilə imzalayıb. Müqaviləyə görə, “Amec Foster Wheeler” BP-nin müxtəlif layihələrində İlkin Detallı Layihələndirmə (FEED), eləcə də mühəndislik, təchizat dəstəyi və layihə idarəetmə xidmətləri göstərəcək. Müqavilə Azərbaycan, İndoneziya, Oman, Trinidad, Alyaska, Anqola, Misir, Meksika Körfəzi və Böyük Britaniyada quruda və dənizdə qazma xidmətlərini əhatə edir. Müqavilənin müddəti üç ildir və əlavə iki il uzadıla bilər.

Qeyd edək ki, BP Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed