11.04.2017 [15:25] - Sağlıq
Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində yaradılan “Heriatriya şöbəsi” yaşlı insanların müalicəsi ilə məşğul olacaq.
ATU-dan verilən xəbərə görə, ATU-nun II daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov bildirib ki, şöbə əsasən 60 yaşından yuxarı olan insanlara xidmət edəcək. Onun sözlərinə görə, bu qrup insanların müalicə taktikasında da fərqli cəhətlər var: “ 18-60 yaş arasında qan təzyiqi yüksək olan xəstələrin təzyiqinin aşağı salınma meyarları və dərəcələri 60 yaşdan sonrakı dövrlə fərqlənir. Bir çox xəstəliklərdə olduğu kimi burada da yaş faktoru əsas rol oynayır. Yaşı 18-dən 60-a qədər olan insanlarda stabil qan təzyiqi 140-dan yuxarıdırsa, bu zaman müalicəyə başlamaq lazımdır. Amma yaşı 60-dan yuxarı olanlarda isə təzyiq 150-dən yuxarıdırsa, həmin insanın müalicəyə başlaması vacibdir. 18-60 yaş arasında qan təzyiqi mütləq 140/90 mm civə sütunundan aşağıda saxlanılmalıdır. Yaşlı insanların təzyiqinin normada saxlanması əsas hədəfdir, əks halda bu, xəstənin həyatında ciddi ağırlaşmalara gətirib çıxara bilər”.
V. Əzizov qeyd edib ki, şöbə adına uyğun olaraq 60 yaşından yuxarı insanların qəbulu üçün nəzərdə tutulub. Onun sözlərinə görə, şöbənin yaradılmasında əsas məqsəd yaşlı insanlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsidir.

Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |