12.04.2017 [10:25] - Xəbərlər, İqtisadiyyat
"Azərbaycan Avropa üçün vacib tərəfdaşlardan biridir".Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bu gün Bakıda işə başlayan IV Beynəlxalq "Caspian Energy Forum-2017"-nin iştirakçılarına video-müraciətində bildirib.
O xatırladıb ki, Xəzər qazının Avropaya çatdırılması uzun müddətdir günəmdədir: "Bunun üçün müqavilələr imzalanıb. Artıq konkret addımlar atılır. "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunacaq qazın nəqli üçün TANAP, TAP kimi böyük infrastruktur layihələri icra olunur. Biz əminik ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq. Bu isə Avropanın qaz təchizatı mənbələrinin şaxələndirilməsində vacib addımdır".
M.Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinə yüksək siyasi səviyyədə dəstək olduğunu vurğulayıb. O qeyd edib ki, əsas maliyyə qurumları da bu layihəni dəstəkləyir: "Bu, etibar və əməkdaşlıq mühitindən irəli gəlir. Prezident İlham Əliyevin bu məsələyə bağlılığını vurğulamaq istəyirəm".

Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |