12.04.2017 [10:34] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Maliyyə Sabitliyi Şurasına “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən aşağıdakı tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Eyni zamanda Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 3.1-ci prioritet üzrə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəfləri müəyyənləşdirmək, kredit zəmanət fondunun yaradılması imkanlarına baxmaq, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərini hazırlamaq, kreditlər üçün girov bazasını genişləndirmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığını artırmaq, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmləri hazırlanmaq və kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılmaq həvalə olunub.
Sərəncama əsasən, Sığorta Hadisələri Reyestri hazırlanacaq.

Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |