Şrift:
Bakıda TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib
12.04.2017 [10:39] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Qazaxıstanın Azərbaycandakı səfirliyində TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri münasibətilə tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş Qızıl Orda vilayətinin nümayəndə heyətinin rəhbərliyi ilə görüş keçirilib.

Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev qeyd edib ki, Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi ərəfəsində Qazaxıstan səfirliyinin, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY Beynəlxalq Təşkilatının dəstəyi ilə aprelin 12-dən 15-dək respublikanın iki şəhərində - Bakıda və Şəkidə Qazaxıstanın Qızıl Orda vilayətinin Mədəniyyət Günləri keçiriləcək.

Görüş iştirakçıları Qazaxıstan artistlərinin Azərbaycan tamaşaçılarına təqdim edəcəkləri proqramı müzakirə ediblər.

Onlar Düsen Kaseinovu 70 illik yubileyi münasibətilə təbrik edərək, türk xalqlarının yaxınlaşmasında, türk dünyasının mədəni dəyərlərinin təbliğində onun böyük rolunu vurğulayıblar.

Görüşdə Dünya Türk Xalqları Konqresinin prezidenti, Qazaxıstanın Dostları Klubunun fəxri üzvü, professor Yəhya Əliyev Düsen Kaseinova türk xalqları qarşısında xidmətlərinə görə xatirə medalı təqdim edib.

http://video.azertag.az/video/50770
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed