Şrift:
QMİ sədri apreldə Rusiya, Gürcüstan və Finlandiyada görüşlər keçirəcək
13.04.2017 [10:20] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən aprelin 19-da Rusiyanın Pyatiqorsk şəhərində bir sıra görüşlər keçiriləcək, konfrans təşkil olunacaq.
Bunu QMİ sədri Allahşükür Paşazadə deyib.
O bildirib ki, konfransda Şimali Qafqazn bütün müftiləri iştirak edəcəklər.
Sədr vurğulayıb ki, rəhbərlik edəcəyi konfransda İslam həmrəyliyi mövzusu müzakirə olunacaq: "Aprelin 21-də Gürcüstanda patriarx ll İlya ilə görüşümüz olacaq və İslam həmrəyliyi ilə bağlı hansı işləri görə biləcəyimizi müzakirə edəcəyik. Aprelin 26-dan 30-dək isə Finlandiyanin Helsinkli şəhərində olacağıq. Orada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə böyük bir konfrans keçirmək niyyətimiz var. Tədbirdə bütün dinlərin nümayəndələri iştirak edəcəklər".
QMİ sədri əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın sülhsevər xalq olmasını, İslamın sülh istəyini bütün dünyaya car çəkmək üçün vasitədir.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed