13.04.2017 [10:27] - İqtisadiyyat
ABŞ-ın gündəlik neft hasilatı 1-7 aprel həftəsində 36 min barel və ya 0,39% artaraq 9,235 mln. barelə çatıb. Bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən rəsmi məlumat verilib. Hesabatda həmçinin bildirilir ki, həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,2 mln. barel və ya 0,4% azalaraq 533,4 mln. barelə enib. Neft ehtiyatlarının azalmasına baxmayaraq, investorlar ABŞ-da gündəlik hasilatın artmasından daha çox narahat olublar və nəticədə dünənki hərraclarda neft qiymətlərində azalma qeydə alınıb. Belə ki, "Brent" markalı neftin qiyməti təxminən 2% ucuzlaşaraq 55,50 dollar/barelə kimi geriləyib.
"Report"un analitik qrupu bildirir ki, neft qiymətləri dünya neft ehtiyatlarında azalmanın davam etməsi fonunda artım tendensiyası göstərəcək. OPEC ilin əvvəlindən başladığı hasilatın azaldılması proqramının tətbiqi ilə 2017-ci ilin ilk yarısında qlobal neft ehtiyatlarını 300 mln. barel azaltmağı hədəflədiyini bəyan edib. Norveçin "SEB" bankının hesabatına görə, son 4 həftə ərzində qlobal neft ehtiyatları 42 mln. barel azalıb.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |