13.04.2017 [10:38] - Diaspor
Azərbaycan alimləri diasporu” informasiya sisteminin yaradılması vacib məsələlərdəndir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib. Alim deyib ki, yeni sistem dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların bir mənbədə toplanması baxımından böyük əhəmiyyətə malikdir. Bu sistem “Virtual Azərbaycan”ın qurulmasına töhfəsini verəcək.
Qeyd olunub ki, yeni sistem Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi istiqamətində xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |