13.04.2017 [10:39] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Aprelin 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günlərinin açılışı olub.
Mədəniyyət günləri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev xalqlarımızı və ölkələrimizi tarixi dostluq, qardaşlıq əlaqələri, oxşar adət-ənənələrin birləşdirdiyini söyləyib. O, bu əlaqələrin son 25 ildə daha da inkişaf etdiyini bildirib.
Azərbaycanlı sənətsevərlərin qazax mədəniyyəti, incəsənəti barədə kifayət qədər məlumatlı olduqlarını deyən nazir müavini ölkəmizdə 4 gün davam edəcək mədəniyyət günlərinin proqramının zənginliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq, qardaşlıq əlaqələrinin dərin kökləri olduğunu bildirib. Diplomat, ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb.
Vurğulanıb ki, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşmasında mədəniyyətin rolu danılmazdır.
Sonra Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
http://video.azertag.az/video/50796
Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un dəstəyi ilə reallaşan mədəniyyət günləri çərçivəsində sabah S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan “Getməyəcəksən! vəssalam, getməyəcəksən...” tamaşası azərbaycanlı teatrsevərlərə təqdim olunacaq.
Qazaxlı sənətkarlar aprelin 14-ü və 15-də isə Şəkidə sənətsevərlərlə görüşəcəklər.

Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |