Şrift:
İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşdi
13.04.2017 [10:45] - Hüquq
Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.
Bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.
Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.
Aprelin 9-da İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed