13.04.2017 [10:58] - Xəbərlər, DAVAMın yazıları
Enter.News yarandığı gündən maraq kəsb edən və tozlu arxivlərdə qalaqlanan bir sıra sənədlərin, cəmiyyət üçün maraqlı olan tarixi yazıların üzə çıxarılıb yayımlanmasına nail olub. Bu yolda araşdırma və axtarışlarını davam etdirən saytımız, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 23 aylıq bir müddətdə hökumət tərəfindən görülən işlər, yaradılan nazirlik və müəyyən qurumlar haqqında məlumatları oxucularına təqdim edir. Növbəti materialımız Azərbaycanlıların öz dədə-baba yurdlarından köçürülmələri haqqındadır:
Öz ata-baba tarixi torpaqlarında yaşayan türk-müsəlman xalqlarına, o cümlədən azərbaycanlılara qarşı yeridilmiş zorakı ayrı-seçkilik siyasəti nəticəsində çar Rusiyası rusları, erməniləri və digər xristian əhalini işğal etdiyi türk-müsəlman xalqlarının torpaqlarına köçürərək, həmin yerlərdə məskunlaşdırırdı. SSRİ dövründə isə bu torpaqlarda məskunlaşdırılmış xristian əhali, xüsusilə ermənilər və ruslar, həmin ərazilərin yerli (aborigen) əhalisini ata-baba yurdlarından sıxışdırıb çıxararaq, onların torpaqlarını özününküləşdirirdilər.
18-ci əsrdən başlayaraq, 20-ci əsrin əvvəllərinədək Rusiyanın mərkəzi əyalətlərindən ruslar, İran və Türkiyədən isə ermənilər Rusiyanın işğal etdiyi Şimali Azərbaycana, Krıma, Şimali və Cənubi Qafqaza, Mərkəzi Asiyaya, Sibirə və başqa ərazilərə köçürüldülər. Bu köçürmələr yerli türk-müsəlman və xristian olmayan digər xalqları sıxışdırmaq, zorla ruslaşdırmaq və xristianlaşdırmaqla, onların əzəli torpaqlarına yiyələnmək kimi azğın müstəmləkəçilik məqsədləri güdən qatı irticaçı dövlət siyasəti idi. I Pyotrun vəsiyyətlərini yerinə yetirən Rusiya İranla (1804-13-cü illər və 1826-28-ci illər), Türkiyə ilə (1828-29-cu illər və 1877-78-ci illər) müharibələrdən və 1861-ci il kəndli islahatından sonra bu siyasəti Cənubi Qafqazda daha da sürətləndirmişdi.
Rusiyanın köçürmə siyasətində Cənubi Qafqaz, xüsusən də onun ta qədimdən azərbaycanlıların məskunlaşdığı Şimali Azərbaycan ərazisi mühüm yer tuturdu. Təbriz komendantı, mənşəcə erməni olan Q.Lazarev 1829-cu il dekabrın 24-də general İ.Paskeviçə hesabatında bildirirdi ki, üç ay yarım ərzində İrandan 8 mindən yuxan erməni ailəsi (40 min nəfər) Arazı keçərək, Rusiyanın yeni tutduğu torpaqlarda - İrəvan, Naxçıvan və Qarabağda məskunlaşdırılmışlar. Elə həmin vaxt 14 min erməni ailəsi (84600 nəfər) Türkiyəni tərk edərək, Rusiya ərazisinə (əsasən, Cənubi Qafqaza) köçmüşdülər. İ.Paskeviçin təşəbbüsü ilə ermənilərin arzularını yerinə yetirən I Nikolay keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayəti yaradılması haqqında fərman verdi və 1829-cu ilin aprelindən 1832-ci ilin mayına qədər bu ərazidə əhalinin kameral siyahıya alınması aparıldı. İ.Paskeviçin bu işin yekunlaşdırılmasını həvalə etdiyi mülki müşavir İ.Şopen toplanmış materiallar əsasında "Rusiya İmperiyasına birləşdirilən dövrdə Erməni vilayətinin vəziyyəti" adlı iri həcmli kitab yazaraq, 1852-ci ildə çap etdirdi. Rusiyaya qatılan zaman İrəvan və Naxçıvan xanlıqları ərazisində üç şəhər (İrəvan, Naxçıvan, Ordubad) və 1111 kənd vardı. Həmin kəndlərdən 752-si məskunlaşdırılmış, 359-u isə müharibələr nəticəsində xaraba qalmışdı. Kitabda verilmiş statistik məlumatlara görə, Rusiyanın işğal etdiyi zaman keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 20502 ailə (107900 nəfər) olmuşdur. Onların da 16078-i (81749 nəfər) azərbaycanlı, 4424-ü (25151 nəfər) isə erməni ailəsi idi.
1828-29-cu illərdə Rusiyanın Azərbaycan torpaqlarında yenicə yaratdığı Erməni vilayətinə İrandan 6946 erməni ailəsi (35558 nəfər), Türkiyədən isə 3 il ərzində 3682 erməni ailəsi (21666 nəfər) köçürülmüşdü. Həmin illərdə İran və Türkiyədən Erməni vilayətinə 10628 erməni ailəsi (57224 nəfər) köçürülmüşdü. Ümumiyyətlə isə, zorakı köçürmə siyasəti nəticəsində Erməni vilayətində azərbaycanlı əhali ilə erməni əhalisinin sayı, demək olar ki, bərabərləşdirildi. Belə ki, köçürmədən sonra bu ərazidə 16078 azərbaycanlı ailəsi (81749 nəfər) və 15059 erməni ailəsi (82377) yaşayırdı. Bu, ermənilərin Cənubi Qafqaza ilk axını idi. Rus tədqiqatçısı, “Zaqafqaziyada rus işinə yeni təhlükə” kitabının müəllifı N.Şavrovun qeyd etdiyi kimi, bu axın sonralar bir əsrə yaxın müddətdə ardıcıl olaraq davam etmişdir. O yazırdı ki, 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan bir milyon üç yüz min erməninin bir milyonundan çoxu yerli əhali olmayıb, Rusiya hakimiyyət orqanları tərəfindən bura köçürülənlər idi.
19-cu əsrdə ölkənin mərkəzi rayonlarındakı rusların da Şimali Azərbaycana köçürülməsi Rusiyanın zorakı köçürmə siyasətinin başlıca tərkib hissələrindən biri idi. 19-cu əsrin 30-40-cı illərində Cənubi Qafqazda salınmış 34 rus kəndindən 30-u Azərbaycan ərazisində idi. 90-cı illərdə Bakı quberniyasında 21, Yelizavetpol quberniyasında isə 14 rus kəndi salınmışdı. 1899-1905 illərdə bu quberniyalarda 28 yeni rus kəndi meydana gəlmişdi. 1907-ci ilin əvvəlində köçürmə siyasətini həyata keçirmək üçün Qafqazda, hətta, vahid köçürmə idarəsi də yaradılmışdı. 1908-12-ci illərdə Qafqaza köçürülən 8326 rus ailəsinin 4 minindən çoxu Azərbaycan ərazisində yerləşdirilmişdi. Çar hakimiyyəti orqanları yerli kəndlilərin ən məhsuldar torpaqlarını zorla zəbt etməklə, buraya köçürülənlər üçün torpaq fondu yaradırdı. 20-ci əsrin əvvəllərində ermənilərdən və ruslardan əlavə, Azərbaycana 17226 nəfər polyak, 456 nəfər latış, 2724 nəfər moldavan, 82043 nəfər yunan və s. xalqların da nümayəndələri köçürülmüşdü.
Çar Rusiyasının yeritdiyi qəddar köçürmə və ayrı-seçkilik siyasətinə baxmayaraq, Azərbaycan xalqının artım sürəti sayəsində azərbaycanlıların say tərkibini doğma torpaqlarında əsaslı surətdə azaltmaq mümkün olmadı. Belə ki, 1916-cı il yanvarın 1-nə olan məlumata görə, hətta keçmiş İrəvan quberniyasına daxil olan qəzalarda belə əhalinin əsas hissəsini yenə də azərbaycanlılar təşkil edirdilər.
Bu ərazilərdəki azərbaycanlı əhalinin say tərkibinin azalmasında kəskin dəyişikliklər 1918-20-ci illərdən-bədnam “Daşnaksutyun” partiyasının yaratdığı Ararat Respublikası zamanından başlanırdı. Bu illər ərzində həmin ərazilərdə erməni-daşnak quldur birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımıları nəticəsində keçmiş İrəvan quberniyası ərazisində yüzlərlə Azərbaycan kəndi yerləyeksan edildi, yüz minlərlə azərbaycanlı isə həmin ərazilərdə qətlə yetirildi və ya oradan qovuldu. 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra isə kommunist və bolşevik qiyafəsinə girmiş daşnakların əl-qolu daha da açıldı. Bolşevik rejimi və Mərkəzi Sovet hökuməti tərəfındən himayə olunan və hər cür kömək alan ermənilər Zəngəzuru ələ keçirdilər. Naxçıvan və Qarabağı Azərbaycandan qoparmağa çalışdılar. 70 illik Sovet hakimiyyəti dövründə Mərkəzin koməyi ilə ermənilər, bir tərəfdən öz ərazilərini Azərbaycan torpaqları hesabına daim genişləndirir, digər tərəfdən isə, bütün vasitələrdən istifadə edərək, azərbaycanlıları tutduqları ərazilərdən sıxışdırıb çıxararaq, yalnız ermənilərdən ibarət “türksüz Ermənistan” yaratmaq siyasəti yeritdilər. 70 il ərzində Mərkəzin himayəsi ilə Ermənistanda bu siyasət ardıcıl surətdə və dönmədən davam etdirildi.
Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları 1941-45-ci illər müharibəsindən sonra yenidən baş qaldırdı. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir əsaslı səbəb göstərmədən İttifaq hökuməti qarşısında Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi məsələsini irəli sürdü. İstədiyinə nail ola bilməyən Ermənistan rəhbərliyi bu dəfə başqa bir hiyləyə əl atdı: guya “xaricdən gələn erməniləri yerləşdirmək üçün onların torpaqları çatmır”; Azərbaycan SSR-in Kür-Araz ovalığında isə pambıqçılığı inkişaf etdirmək üçün işçi qüvvəsi çatışmır; Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Kür-Araz ovalığına köçürülməsi bu məsələlərin hər ikisinin həllinə imkan verərdi. Azərbaycan rəhbərliyi ilə gizli surətdə razılaşdırılmış bu təklif SSRİ rəhbərlyi və şəxsən İ.Stalin qarşısında qaldırıldı və ermənilər istədiklərinə nail oldular. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin “Ermənistan SSR-də yaşayan kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar imzaladı. Qərarın birinci bəndində deyilirdi: “1948-50-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər, 1950-ci ildə isə 50 min nəfər köçürülsün”. Qərarın axırıncı - 11-ci bəndində isə Ermənistan SSR Nazirlər Sovetinə tapşırılırdı ki, Kür-Araz ovalığına köçürülən azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilsin. Çar Rusiyası və SSRİ-nin köçürmə siyasəti - tarixdə analoqu olmayan bu qeyri-insani aksiya bir xalqın, heç bir əsas olmadan, əsrlər boyu yaşadığı ata-baba yurdundan “könüllülük prinsipi” adı ilə zorla çıxarılması sovet totalitarizminin və erməni fitnəkarlığının iç üzü idi. Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi 1950-ci ilə qədər deyil, 1953-cü ilə, İ.Stalinin ölümünə qədər davam etdirilmişdir. Ermənistanın dağlıq-yaylaq rayonlarından köçürülən əhalinin əksəriyyəti Kür-Araz ovalığının aran iqlim şəraitinə alışa bilmir, kütləvi surətdə qırılır, digər hissəsi isə Azərbaycanın dağ rayonlarına qaçır və ya geri qayıdırdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci ilin mayında ölkəmizin müstəqilliyi - Respublika günü münasibətilə söylədiyi nitqində xalqımızın başına gətirilən bu müsibətlə bağlı demişdir: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-48-ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tərəfindən edilmiş ən böyuk ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik, ...biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar”.
Bütün bunları nəzərə alaraq, Prezident Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” xüsusi fərman imzalamışdır. Bu fərmanla həmin məsələlərin hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması üçün Prezidentin özünün sədrliyi ilə geniş tərkibdə dövlət komissiyası yaradılmışdı. Azərbaycan xalqına qarşı törədilən tarixi ədalətsizliklər - zorakı köçürmələr yalnız bu fərmandan sonra geniş surətdə öyrənilməyə və beynəlxalq ictimaiyyətə çatdırılmağa başlamışdır.
QEYD: Materialın hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan istifadə edilib.

Bu xəbər oxucular tərəfindən 1653 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |