Şrift:
Qazaxıstan Azərbaycanın dəmir yolu ilə neftin ixracını artıracaq
13.10.2011 [18:21] - Gündəm
"Tengiz" neft yatağından əlavə olaraq üç milyon ton Qazaxıstan neftinin Azərbaycanın dəmir yolu vasitəsilə nəqli barədə razılaşma əldə olunub. Bu barədə cümə axşamı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə və dəmir yolu işçilərinin peşə bayramı günü həsr olunmuş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

"Ölkənin dəmir yolu ilə əlavə üç milyon ton "Tengiz" neftinin nəqli üzrə razılaşma əldə olunub", - nazir deyib.

Məmmədovun sözlərinə görə, dəmir yolu ilə neft və neft məhsullarının nəqli üçün 1500-1600 vaqon-sisternin alınması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed