Şrift:
Ermənistan olaysız "məxməri inqilaba" doğru
24.04.2012 [12:37] - DAVAMın yazıları
Qafar Çaxmaqlı

MAY SEÇKİLƏRİ YENİ SİYASİ DURUM FORMALAŞDIRACAQ?

Mayın 6-da Ermənistanda parlament seçkiləridir. Milli Məclisə 31 millət vəkili girəcək.


Mübarizəyə ölkənin əsas siyasi partiyaları olan Ermənistan Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası, 18 siyasi muxalif təşkilatın birləşdiyi Ermənistan Milli Konqresi, "Orinads Yerkir" (Qanunlar ölkəsi) "Jarangutyun" (İrs), Erməni İnqilabçı Federasiyası-Taşnaksütyun və başqa partiyalar girəcəklər. Müstəqil olaraq Məclisə girmək istəyənlər (mojaritar üsulla) namizədlər arasında da gərgin mübarizə davam edir. Ermənistanın bütün vilayətlərində seçki həyəcanı yaşanmaqdadır. Ölümle nəticələnən olaylar var. İqtidarda olan Ermənistan Respublika Partiyası və onun başçısı Serj Sarkisyan üçün olduqca kritik dövrdür. Bəzi siyasət adamları Ermənistandakı seçkiöncəsi vəziyyəti “Məxmər İnqilabının” başlanğıcı olaraq qiymətləndirirlər. Xüsusilə Rusiyadan olan Ermənistan uzmanlari ölkələrinin Qafqazdakı srtateji ortağının bu seçkilərdən müvəffəqiyyət ilə çıxmasında yenə də Rusiyanın müdaxiləsinin, gərəkliliyini, çox lazım olduğunu önə sürürlər. Çünki hakimiyyətin ikinci böyük ortağı olan Çiçiəklənən Ermənistan Partiyasının Parlament seçkilərinə ERP ilə bir koalisiyada deyil, ayrıca getməsi S.Sarkisyanı də çətin vəziyyətdə buraxmışdır. Problem yalnız Parlament seçkilərində rəhbərlik tərəfdarlarının səs itkisi ilə üzlşmesi deyil, məsələ önümüzdəki ildə keçiriləcək prezident seçkiləri, orada Sarkisyanın böyük biabırçılıqla məğlubolma ehtimalıdır. Çiçiklənən Ermənistanın, Serj Sarkisyan keçmiş ölkə başçısı Robert Koçaryanla birlikdə olduqları zamanlarda onların hər ikisinin onayı ilə qurulmuş bir partiyanın bundan sonrakı mövqeyi maraqlıdır, milli oliqarx G.Tsarukyan hər ikisinin dostudur, bəzi işlərində Koçaryana da, Sarkisyana da maddi dəstək vermiş, sponsorluq etmişdir. Tsarukyanın bu seçkilərdə Sarkisyana qarşı çıxması birdən olmadı, əvvəl onun mövcud hökumətin iqtisadi həyatına aid yüngül bir tənqidi oldu, sonra da inadla koalisiyadan çıxmaq istədi, bu o demək idi ki, bəziləri Serj Sarkisyanı dəstəkləmək limitini tüketmişti. Prezident seçkiləri öncesi etdiyiçıxışında o, açıq şəkildə koalisiya sənədini imzalamağı rədd edəcəyini sçylərkən bəziləri, o cümlədən də sarkisyan şoka düşmüşdü. Bəllidir ki, bu addım öz ağlının, iradəsinin hökmü deyildi. Gagik Tsarukyanın bu hərəkəti müxalifət cəbhəsinde bomba təsiri yaratdı .. Bu, Koçaryanın Sarkisyan üzərində son dörd ildə Moskvanın əli ilə etdəyi ilk zəfəri idi.

Robert Koçaryan yenidən prezident olmaq fikrinə düşərkən uzun müddət Tsarukyanın nə edəcəyi, kimin yanında dayanacağı Ermənistanda müzakirə mövzusu olmuşdu. Amma gözlənilmirdi ki, o sarkisyana xəyanət edər. Artıq bu məsələ dəqiqlik qazandı, uzun müddət qərarsız olan Tsarukyan partiyası ilə hökumət ortaqlığından çəkildi, onun qəsdən rəhbərliyə dəstək vermək imkanından uzaqlaşdırılması da öz düşüncəsi deyil əlbəttə, özü bunları inkar da edə bilmədi, bu da onun isbatı idi ki, o öz iradəsi ilə addım atmır .. Vaxtilə demişdi ki, bunu məndən kimsə istəyə bilməz. Amma zaman göstərdi ki, bunu istəmişdilər. Əcaba onu bundan kim istəmişdi? Görünür rusiyanın Ermənistanda yeni planlari var, bu da yeni adamla işləmək zərurətini ortaya qoyur

Analistlar ÇEP-ın hökumət ortaqlığından çəkilməsi və prezident seçkilərində Serj Sarkisyanı dəstəkləməkden imtina etməyi tək Koçaryan deyil, Rusiyanın istəyi olduğunu açıkca söyləyirlər. Koçaryan bu işdə yalnız vasitəçi olmuşdur. Rusiya onun üçün etibarlı partnyor, əlalti anlamında Serj Sarkisyanla Robert Koçaryan arasında elə də bir fərq görməsə də bu defe “qan dəyişməsinə” ehtiyacın olduğunun fərqindədir. Sarkisyan ona düşəni yerinə yetirmişdir. Xidmətləri də unudulmayacaq. Ona Rusiyada yaxşı bir vəzifə də veriləcək. Koçaryan nümunəsində olduğu kimi.

Təbii ortaq isə bu hərbi bazasının olduğu tək Qafqaz ölkəsi olaraq Ermənistanda rəhbər dəyişikliyi ilə bir neçə problemi çözmeği hədəfləyir. Əvvəl Qərb yanlısı, və son zamanlar ətrafına kifayət qədər güclü tərəfdar kütləsi yığmış Ermənistan Milli Kongersinin, konkret Levon Ter-Petrosyan iqtidara gedən yolu kəsiləcək. Ermənistan Milli Konqresi isə bir siyasi güc olaraq, ölkənin əsas siyasi birliyi olaraq 18 partiyadan ibarətdir və bu siyasi qurum hər dəfə Serj Sarkisyan üçün problemlər yaradır. Bu seçkilər də göstərəcək ki, EMK və onun başçısı, Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan 2013 seçkilərindən yenidən zəfərlə çıxa bilər, ya yox? Rusiya isə EMKnın zəfərini istəmədiyindən onun önünə öz adamlarından birini çıxarmaq məcburiyyətindədir. Bu səbəbdən Rusiya Robert Koçayanı seçməlidir. Amma vəziyyətə görə hər bir planın dəyişmə ehtimalı da var.Yeni prezidentin Koçaryan olacağı o qədər də qəti deyil, amma hələlik uyğun biri yox kimidir. Bu baxımdan Çiçieklenen Ermənistan Partiyasının seçki siyahısında sabiq xarici işlər naziri Vardan Oskanyan ikinci olaraq göstərilməsi də təsadüfi sayılmamalıdir, bu da Erməni ideoloqlarının ehtiyat variantıdır. Demək Çiçieklenen Ermənistanın "xaç atası", bu partiyanın qurulmasında rolu olan Koçaryanın yanında bu partiyadan Ermənistanı idarə edəcək səviyyədə olan daha bir namizəd də var. Bu Vardan Oskanyandır Vardan Oskanyan Rusiya üçün həm də Qərb “qaydalarını” yaxşı bilən bir siyasətçi mənasını verir. Digər tərəfdən, Gagik Tsarukyan'ın məqsədə çatması, yəni birinci şəxs seçtirilmesi asan olmayacaq. Onun ERP-na, Serj Sarksyana "xeyrli olsun" deməsi, özünün hər üç ölkə başçılarının (Ter-Petrosyan, Koçaryan, Sarkisyan) arasında qalması deməkdir əslində, onun üçün bunların arasında seçim etmək və bunlardan ən az birini rədd etmək lazım olan və məcburi bir vəziyyət oldu. Tsarukyan bununla da özünü bitirdi, o bundan sonra isə həqiqətən hər şeyi itirə bilər. Nəzərə alinmalidir ki, o biznesmendir.Onun düşüncəsi bu an sərvətinin əlindən alınmasının qarşısını almaqdır. Vardan Oskanyanı seçki siyahısında ikinci qoyması müəyyən məqsəddən qaynaqlanır. Vardan Oskanyan Prezident seçilse, Tsarukyan'ın biznesi də xilas ediləcək, əks halda o siyasətdən getməlidir. Bu isə iş adamı olaraq da onun acı sonu deməkdir....
Ermənistanda xalqın radikallara da çox çox da etibarı qalmamışdır. Parlament seçkiləri bunu göstərəcək. Bəzən iktidardakilarla müxaliflərə eyni gözlə baxılır. Ölkədə belə bir anormal mühit, inamsızlıq mühiti yaranmışdır.
Bütün bu dörd il içində ortaya yanidən çıxan Levon Ter-Petrosyandan, xalq tərəfindən radikallıq istəndi. Xalqın əksəriyyəti "Ərəb bahaını r" istəyirdi.Azadlıq meydanı mitinqlərə açılandan sonra bura toplaşanların sayı azalsa da yenə rəhbərliyin iqtisadi siyasətindən məmnun olmayanların artması hesabına bura yenə sıxlıqdır Seçkiöncəsi yenə xalqın vəziyyətini yaxşılaşdırmaq üçün vədlər verilir. Hər dəfə olduğu kimi. Ter-Petrosyandan gözlənilənlər xalqı təmin edirmi? Erməni analitiklər buna müsbət cavab vermirlər. EMKnin, onun Ter-Petrosyanın başkanliği altında hökumətlə dialoqa getməsinin pis nəticələri seçkilərdə özünü göstərəcək-deyirlər. Amma onun uğurları da olduğunu kimsə inkar etmir. Ətrafına toplanan digər siyasi partiyaların əhemiyetli gücündən də faydalanması ilə Qərbin diqqətini çəkə bilmiıdir və bu gün Ermənistanda seçkilərə saxtakarlıq,hiylə karıştırılmasa onun və ətrafındakıların uğur qazanacağı ehtimalının yüksək olacağı üzərində dayanılır. Dediyimiz kimi, bundan ən çox narahat olan isə yenə Rusiyadır. Ermnistan əhalisinin əhəmiyyətli hissəsinin Qərbə meylli olmasından qaynaqlanan səbəblərdən Qərb düşüncəli birinin ortaya çıkarılamsını tələb edirdi. BeləsiVardan Oskanyanı düşünənlər bu fikirdə haqlıdırlar ki, onu xalq da dəstəkləyə bilər. Oskanyan ölkədəki rüşvət bataqlığının içinə girməmiş bir neçə siyasətçidən biridir. Amma Qərb tərəfdarı kimi qəbul edilməsi onun işini bir qədər çətinə salır. Rusiya Ermənistanda belə birinin başa gəlməsini istəməz. Tək çıxış yolu bu ola bilər ki, Oskanyana biri zamin dursun. Tək zamin olacaq lider isə Koçaryandır, Moskva hələ də ona inanır. Koçaryanın yenidən dövlət başına gəlməsi mümkün olmadıqda digərləri dövrəyə girəcək . Bu planın həyata keçirilməsinə tək maneə Levon Ter - Petrosyandır. Eyni zamanda, "qarşı casusluq" yolu ilə Koçaryan, Erməni Milli Konqresi içində tam bir dəyişiklik etməyə nail olmuşdur. Tam bir il əvvəl, Levon Ter-Petrosyan demişdi ki, əgər Robert Koçaryan prezident seçkilərinə katılacaksa o zaman o da namizəd olacaq. İndi görünən odur ki, Koçaryan namizəd olsa da, olmasa da Ter-Petrosyan namizədliyini qoyacaq. Bunu artıq onun özü deyil, ABŞ da istəyir. Amma ABŞ hələ də Ermənistanda əsas söz sahibi sayılmır, bəzi məsələlərin həllini Rusiyaya verməıdir, onun əçəndə dövlət başçısının kim olacağına verilən qərar da var. ABD bəzi səbəblərə görə bunu etmək məcburiyyətində qalmışdır. Yenə də Rusiyanın bir işarəsi ilə iqtidar öz kreslosundan ola bilər. Bunu kim bilməsə də Ter-Petrosyan yaxşı bilir. ÇünküTer-Petrosyan, hakimiyyətdən bu üsulla uzaqlaşdırılarkən əsas səbəb o idi ki, o Rusiya ilə hesablaşmaqdan bir qədər uzalaşmışdı. Guya Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı Azərbaycana qaytarmaq istəyirmiş. Bu gün onu çevrilişlə ilə uzaqlaşdıranların başında gələn "Yerkrapa" Könüllülər Təşkilatı seçkiöncəsi düzenlelen qurultaylarında “əl dəyişdirərək” o zamanki patronlarını, Koçaryanı deyil, Sarkisyanı dəstəklədiklərini açıqlamışlar. Digər təsirli gücü olan bir təşkilat-Sardarapat isə müxaliflərin yanındadır. “Arabo” və onun lideri Manvel Yeğiazaryan ise son günlərdə təhlükəli bir bəyanat vermişdir. "Arabo" batalyonunun komandiri Manvel Yegizaryan İrəvanda mətbuat konfransı keçirərək cəbhə xəttində meydana gəlmiş vəziyyətlə əlaqədar fikirini söyləmişdir .. O demişdir ki, "Qarabağda müharibə artıq bir ildir gedir, sadəcə, böyük həcmli hərbi əməliyyatlar yoxdur. Ermənistan rəhbərliyi teslimçi mövqe tutub, Azərbaycana torpaq güzəştlərini nəzərdə tutan Madrid prinsipləri ilə əlaqədar danışıqlar edir. Bunun nəticəsində indi Ermənistanın qarşısında bir sual dayanır: torpaqları Azərbaycanaboşaldıb verək mi? Komandir dedi ki, indi beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edir, xarici ölkə siyasətçiləri, mətbuatı bir ağızdan Dağlıq Qarabağın Azərbaycanın tərkibinə keçməli olduğunu bildirir. "Biz indi elə vəziyyətlə qarşılaşmışıq ki, beynəlxalq güclərin müdafiəsi və Türkiyənin dəstəyi ilə Azərbaycan silah almağa böyük pullar xərcləyərək müharibəyə hazırlaşır. Bizə isə ancaq o qalır ki, ya əsir düşək, ya da Ermənistanı tərk edib qaçaq başqa yerə"
Ermənistanın keçmiş prezidenti və müxalif Erməni Milli Konqresi lideri seçicilərlə bir araya gəldiyi Tavuş vilayətində planın bəzi detallarına toxunmuşdur. Ter-Petrosyan, "Rüşvətxor,oğru, quldur, alçaq və xainlərin seçilməsinə yetər artıq deyirik! Ermənistanı xalq tərk edəb gedir, Osmanlı İmperatorluğundakı 1915-də köç və tehcirdən bunun nə fərqi var?" Ter- Petrosyan xalqı köçə sürükləyən insanın , yəni, Sarkisyan iqtidarının "Erməni soyqırımı"ndan danışmağa haqqı olmadığını ifadə edərək, "Çünki özünüz öz ölkənizdə soyqırım edirsiniz" iddiasını dilə gətirdi. Ölkə əhalisi migrasya yaşayır, ölkədə əhali köçü nəticəsində bir neçə ildən sonra olkədə kimsə qalmayacaq .

Seçkilər ərəfəsində Moskvada nəşr olunan qəzetlərdə Koçaryanın, Serj Sarkisyanın bu gün bütün Ermənistandan daha zəngin birisi olduğunu yazması da müxalifətə yaxşı bir imkan verdi. Əlbəttə, bunlar seçki zamanı təsirini göstərəcək.

Bu gərgin siyasi mübarizədə digər partiyalar də iştirak edirlər. Iqtidardakı ERP digər ortağı "Orinads yerkir" (Qanunlar ölkəsi) daha çox deputat yeri almaq uğrunda danışıqlardadır, ənənəvi qaydalara üstünlük verməklə rəhbərliklə dialoq içindədir. Erməni İnqilabçı Federasiyası- Taşnaksütyun partiyası özünü müxalif elan etsə də onun müxaliflər içində yer almaması nəticəsində onun səs itkisi ilə üz-üzə qalacağı aşkar görünür. Ermənistan-Türkiyə münasibətlərini nizamlamağı öngörən Protokollar imzalanandan sonra Erməni diasporunun sözcüsü durumundan o yana getməyən partiyanın də bir neçə yer peşində olduğunu görmək mümkündür. "Jarangutyun" (İrs) keçmişdən dərs alaraq bu dəfə vaxt itirmədən kiminse yanında olmağı əvvəldənmüəyyən etməşdər.. Onun da seçkiöncəsi müəyyən, aydın bir mövqeyi yoxdur. Digərləri-müstəqil namizədlər isə iqtidarın əlinə baxacaqlar. İndiyə qədər olduğu kimi. Hamı bilir ki, indiyəcən bu ölkədə heç bir seçki şəffaf və demokratik keçirilməyibXaricdə də bunu bilməyən yoxdur. Sarkisyan rejimi seçkilərin demokratik olacağını vəd etsə də buna inanan azdır. Ermənistanda nəyise əvvəldən nə olacağınə bildirmək asan deyil.

Bəs Parlament necə formalaşdırılacaq?

Iqtidardakı Respublikaçılar Partiyasının və rəqiblərinin qüvvələr balansın Aralarındakı tarazlığın ikincilərin xeyrinə dəyişməsi göz önündədir. Amma üstünlük olmasa ERP və digərləri arasında millət vəkili yerləri bölünəcəkdir. Bu daha çox ehtimal olunan bir variantdır: hər hansı buna bənzər bir vəziyyətdə, Respublikaçılar Partiya qarışacaq. Böyük ehtimalla, Respublikaçılar Partiya say itkisi ilə üzleçecek və onların demokratik müvəffəqiyyət əldə etməsi bundan sonra xəyal etməkdən başqa bir şey olmayacaq.

Bununla da siyasi monopoliya aradan qalxacaqsa Ermənistan dəyişəcək mi? Deyirlər ki, Məclis sədriVartan Oskanyan ola bilər, bununla isə o MM -in üzünü dəyişdirə bilər, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə addımlar atıla bilər. Bu seçkilərdə Qarabağ mövzusu o qədər də gündəm mövzusu değil. Seçkiöncəsi proqramlarında Respublikaçılar Partiyası, "Çiçəklənən Ermənistan" və Erməni Milli Konqresi - Qarabağ məsələsi ilə bağlı eyni mövqeyi sergiləyirlər, bu məsələdə iktidar və ana müxalifət partiyalarının bir fikri var. Hamısı güzəştlər etmək gerektireceğini inkar etmirlər. Güzəştlər isə "Azarbaycan rayonlarının " boşaltılmasıdır. Beynəlxalq arenada, Qarabağın öz müqəddəratını təyinetmə haqqını əldə etmək məsələsinin bir prinsip kimi qəbul edildiyini böyük uğur hesab edirlər və bundan sonra bu istiqamətdə fəaliyyət göstərəcəklərini seçkilərdə açıqlayırlar. Yeni parlament formalaşandan sonra Erməni-Türk əlaqələri məsələsində Erməni tərəfinin sərt tutumu da değişə bilər. ABŞ və israillə problem içərisində olan, lakin Ermənistan üçün dost İran ilə əlaqələri müzakirə mövzusu ola bilər , Rusiya ilə siyasətin konturları yenidən qurula, bilər. Hesab olunur ki, bütün bunlar isə Serj Sarkisyan Prezident seçkilərində uduzağı təqdirdə mümkün görünür. Analitiklər bunu olaysız "məxmər inqilabı" adlandırırlar Amma hələlik bu "inqilabın" gündəlik həyəcanları yaşanır. Ermənistanda parlament seçkiləridir.
Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed