Şrift:
Azərbaycan milli geyimlərinin interaktiv təqdimatı keçiriləcək
14.04.2017 [10:35] - Mədəniyyət
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində milli geyimlərimizin interaktiv təqdimatı keçiriləcək.

Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunan mühazirə oxunacaq.

Mühazirədən əlavə arzu edənlər milli bədii tikmə sənəti üzrə ustad-dərsində iştirak edə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed