14.04.2017 [10:44] - Diaspor
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində amerikalı muğam musiqiçisi Cefri Verbokla görüş keçirilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Cefri Verbok haqqında məlumat verib. Bildirilib ki, ölkəmizə ilk dəfə ötən əsrin 70-ci illərində - Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə gələn C.Verbokun növbəti səfəri 90-cı illərin əvvəllərinə təsadüf edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi o illərin ağrı-acısını əks etdirirdi. Həmin dövrdə heç kimin muğam haqqında düşünməməsinə baxmayaraq, amerikalı musiqiçi Bakıda muğamı dinləyib. Artıq kamançada ifa etməyi bacaran və muğamın sirlərinə yiyələnən C.Verbok Azərbaycan mədəniyyətini, muğamı Birləşmiş Ştatlarda təşviq etmək qərarına gəlir.
Dağlıq Qarabağın muğamın vətəni, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu deyən səfir bildirib ki, TEAS-ın təşkil etdiyi tədbirdə C.Verbokun ölkəmizə səfərlərindən, Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə olan sevgisindən bəhs edən sənədli filmin tamaşaçılar tərəfindən alqışlarla qarşılandığını görüb və bugünkü görüşü təşkil etmək qərarına gəlib.
Azərbaycan milli geyimində səhnəyə çıxan C.Verbok muğam pərəstişkarı olduğunu, bu çətin, mürəkkəb və zərif musiqini anlamağa çalışdığını bildirib. O, universitet səviyyəsində muğamın ilkin bazasını tədris etdiyini deyib.
Sonra C.Verbok tarda muğam ifa edib. Amerikalı musiqiçi muğamı daha dərindən anlamaq üçün iştirakçıları daxili aləmlərini dinləməyə çağırıb. O, muğamın sirrlərindən danışaraq bildirib ki, musiqi özü insanı onu dinləməyə sövq edir.
C.Verbok tələbələrinin əsasən gənclərdən ibarət olduğunu deyib.
Amerikalı musiqiçi bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır, onlar üçün əlverişli imkanlar yaradır. Buna baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına dönmək arzusu ilə yaşayırlar. O qeyd edib ki, Azərbaycanda hər 7 nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Ancaq Azərbaycan hökuməti bu böhranın öhdəsindən müvəffəqiyyətlə gəlib, böhrandan çıxmağı bacarıb.
Qaçqın düşərgələrində azyaşlı uşaqların muğamı ustalıqla ifa etmələrinə valeh olduğunu, Amerikada bu haqda danışanda heç kimin ona inanmadığını deyən C.Verbok bildirib ki, Qarabağın gözlə görünməyən mistik, sirli təsiri var, oradan olan uşaqlar muğamı çox incəliklə ifa edirlər.
Kolumbiya universitetində uşaqların muğam ifasını təqdim etdiyini, həmkarlarının da bu sehirli musiqiyə heyran qaldıqlarını vurğulayıb.
O, tamaşaçıları Azərbaycana gedərək bu ecazkar musiqini dinləməyə dəvət edib.
Qeyd edək ki, amerikalı musiqiçi Cefri Verbokla görüş Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının və Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilib.
Şəhla Ağalarova

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |