25.04.2012 [09:40] - Türk dünyası-Turan
24 aprel dünya erməniləri üçün xüsusi tarix olsa da, Türkiyə üçün adi bir iş günü, daha doğrusu, bayram tətilindən sonrakı iş günüdür. Bir çox türk 24 aprelin mahiyyəti barədə yalnız televiziya və mətbuat orqanlarından xəbər tutur.
Qafqaz məsələlərinə yaxından bələd olan jurnalist Əli Doğan BBC Azərbaycancaya deyib ki, 24 aprel yalnız siyasi oyunlar üçün önəmli tarixdir. “Türkiyə hökuməti və dövləti çalışır ki, ABŞ “erməni soyqırımı”ni tanımasın. Amma bu, “erməni soyqırımı”nın amerikanlar üçün önəmli məsələ olması anlamına gəlmir. ABŞ vətəndaşlarının çoxu, heç Türkiyənin harda yerləşdiyini bilmir, o ki ola türklərin ermənilərə qarşı soyqırım törətdiklərini düşünsünlər. Heç, Türkiyə vətəndaşları üçün də 24 aprelin bir mənası yoxdur”. Əli Doğanın sözlərinə görə, bu məsələdə Türkiyənin çəkinəcəyi durum yoxdur. Hökumətin bu məsələ ilə bağlı ən önəmli “kozırı” arxivləridir.
“Rəsmi Ankara beynəlxalq araşdırma qrupunun yaradılmasını təklif edərək arxivlərindəki bütün sənədləri təqdim etməyə hazır olduğunu bildirib. Bu məsələdə Türkiyə hökuməti 1980-ci illərin sonlarından indiyə qədər Azərbaycan torpaqlarında işğal və qətliam faktlarını da gündəmə gətirməklə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər”, – deyə Əli Doğan əlavə edib.
Tarix
Türkiyənin tanınmış tarixçi alimi, Türk-tarix Kurumunun keçmiş rəhbəri, hazırda müxalif Milliyyətçi Hərəkat Partiyasından millət vəkili olan Yusuf Halacoğlunun fikrincə isə, ermənilərin iddialarında səslənən 24 aprel “soyqırım günü” yox, Van, Çatak, Bitlis və Muşdakı iğtişaş və qətliamlara cavab olaraq Osmanlı ordusunun 24 nəfərin həbsə alındığı gündür.
Türk tarixçisi BBC Azərbaycancaya müsahibəsində arxivlərə və erməni tarixçisi Grigoris Balakianın “Armenian Golgotha” əsərinə istinad edərək həmin tarixdə “Hınçak” və “Daşnak” terror təşkilatlarına mənsub müəllim, vəkil, yazarın həbs olunmasını beyin mərkəzinin qətliamı kimi tanıyaraq soyqırım günü kimi elan ediblər.
Türkiyə parlamentarisi deyir ki, erməni lobbisinin propaqandasına qarşı tədbirlərin daha təsirli olması üçün “erməni soyqırımı” tanıyan dövlətlərə qarşı siyasi qərarlar qəbul edilməlidir. Yusuf Halaçoğlu tarixi faktların daha təsirli vasitə kimi bədii ssenarilərlə dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu düşünür. “Ən təsirli addım isə tarixi faktlarla təsdiqini tapmayan erməni soyqırımı iddialarının qarşısına Xocalı qətliamlarını çıxarmaq olardı”, – deyir Türkiyənin parlamentarisi.
Belə görünür ki, hakim Ədalət və İnkişaf Partiyasında da “24 aprel” iddialarına qarşı Xocalı qətliamları faktı ilə cavab verməyin təsirli ola biləcəyi qənaətindədirlər. Hakim Partiyanın parlament fraksiyasının üzvü Mustafa Kabakçının sözlərinə görə, heç bir tarixi reallığı əks etdirməyən “24 aprel”dən dünya gücləri Türkiyəni köşəyə sıxışdırmaq üçün sui-istifadə edir.
“Əgər Türkiyə ermənilərə qarşı soyqırımı törətmiş bir ölkə olsa idi, bu gün onun ərazisində yaşayan ermənilərə qarşı irqi ayrı-seçkilik olunar, Ermənistandan leqal və qeyri-leqal yollarla Türkiyədə yerləşmiş erməniləri öz ərazisindən çıxarardı”, – Mustafa Kabakçı BBC Azərbaycancaya bildirib.
Xocalı qətliamının “24 aprel” iddialarına qarşı ən tutarlı fakt olduğunu deyən Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, “24 aprel”dən fərqli olaraq Xocalı qətliamının şahid və səbəbkarları hələ də yaşayırlar.
Dünya bunu bilməlidir, deyə əlavə edib.
Biznes dairələr
Lakin ortada olan iddialar və bunun nəticələri iş dünyasında necə qəbul olunur?
BBC Azərbaycancaya danışan Türkiyə-Ermənistan Biznes Şurasının sədr müavini Noyan Soyakın sözlərinə görə, iş adamları siyasi iddialardan çox da təsirlənmirlər. “Düzdür, erməni iş adamları “soyqırım” olduğunu və ortada olan mübahisənin çözülməli olduğunu deyirlər. Ancaq bu vəziyyətdən iş adamları təsirlənmirlər. Bizim təsirləndiyimiz əsas məsələ Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması və diplomatik əlaqələrin qurulmamasıdır”, – deyir Noyan Soyak.
Mövcud sanksiyalara baxmayaraq Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 280 milyon ABŞ dolları təşkil edib ki, bu əməkdaşlığı türk-erməni iş adamları əsasən Gürcüstandakı ofşor şirkətlər vasitəsi ilə reallaşdırıblar.
Noyan Soyakın ehtimalına görə hazırda Türkiyədə yaşayan ermənilərin sayı 85 min nəfərə yaxındır ki, bunun 70 mini Türkiyə vətəndaşları, 15 minə yaxını isə Ermənistandan ölkə ərazisində yaşayanlardır.
Türkiyə ərazisində ermənilərə məxsus 45 kilsə, 18 məktəb, 60 təhsil fondu ,17 birlik, 12 mətbuat orqanı, təxminən 20 məzarlıq fəaliyyət göstərir.
İlhamə QASIMLI
Ankara

Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |