15.04.2017 [11:11] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Azərbaycanda uğurla davam edən Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günləri çərçivəsində aprelin 14-də axşam Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında sənətsevərlərə vilayətin incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un dəstəyi ilə reallaşan mədəniyyət günlərinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mədəniyyət günlərinin keçirilməsində əsas məqsəd Qazaxıstanın mədəniyyət və incəsənətinin Azərbaycan sənətsevərlərinə yaxından tanıdılması, ölkələrimiz arasında dostluq və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, yaradıcı kollektivlər arasında təcrübə mübadiləsinə şərait yaradılmasıdır.
Qızıl Orda vilayətinin mədəniyyət, arxiv və sənədlər idarəsinin rəhbəri Yerjan Abdurahmanov tarixi İpək Yolu üzərində yerləşən qədim Şəki diyarına səfər etmələrindən olduqca məmnun qaldıqlarını bildirib, belə görüşlərin ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Qızıl Orda vilayəti filarmoniyasının Turmaqambeta adına xalq çalğı alətləri orkestri və “Tomiris” rəqs ansamblının təqdim etdiyi rəngarəng konsert proqramı Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Mədəniyyət günləri çərçivəsində aprelin 15-də Şəki Dövlət Dram Teatrında tamaşaçılara Qızıl Orda vilayəti Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı iki hissəli tamaşa təqdim olunacaq. Qazaxıstanın Əməkdar Artisti Murat Axmanovun quruluş verdiyi tamaşanın rejissor-məsləhətçisi Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlidir.

Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |