Şrift:
Altay xalqlarının mahnı və rəqs çələngi
15.04.2017 [11:13] - Türk dünyası-Turan, Mədəniyyət
Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və ADU tərəfindən birgə hazırlanmış “Altay xalqlarının mahnı və rəqs çələngi” adlı tədbir keçirilib.

ADU-dan bildiriblər ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Altay xalqlarının dostluğundan danışıb, əməkdaşlığın, mədəni əlaqələrin bu xalqlar üçün əhəmiyyətini vurğulayıb.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev qeyd edib ki, bəşəriyyət tarixində elə xalqlar var ki, onların təşəkkül və inkişaf tarixi çox az öyrənilib.

Ə.Abdullayev Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın mədəniyyətinin və tarixinin daha dərindən öyrənildiyini söyləyib. Professor mədəniyyətimizin inkişafında Prezident İlham Əliyevin çox mühüm rolunun olduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Azərbaycanın və müxtəlif xalqların rəqsləri, mahnıları ifa olunub.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed