Şrift:
İnsan həyatını qısaldan - 4 ƏN ZİYANLI MƏHSUL
17.04.2017 [10:23] - Sağlıq
Alimlər sübut edib ki, insanın sağlamlığı onun qəbul etdiyi qidadan birbaşa asılıdır. Düzgün və sağlam qidalanma insanın sağlamlığını qoruyur, həyatını uzadır.

Alimlər insan sağlamlığını korlayan və nəticədə ömrünü qəsaldan 4 məhsulun adını açıqlayıblar.

Bu məhsullar bunlardır:

- Qırmızı ət. Mütəxəssislər qırmızı ətin istehlakını həftədə 1 dəfəyə qədər azaltmağı tövsiyə edir. Bunun əvəzinə qidalanmada quş və balıq ətinin miqdarını artırmaq olar. Bu ət növləri daha faydalı sayılır.

- Şəkər

Əvvəllər belə hesab olunurdu ki, aterosklerozun əsas risk fakoru yağlı qidaların çoxlu miqdrda qəbuludur. Lakin son araşdırmalar göstərib ki, əslində aterosklerozun və damar problemlərinin əsas səbəbi piylər deyil, şəkərdir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün ilk səbəbi sayılır.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində 25 qr-dan artıq şəkəri (təxminən 6 çay qaşığı) istehlak etməyi tövsiyə etmir. Lakin gizli şəkər də (kolbasa-sosis məmulatlarının, şirin qazlı içkilər və s. məhsulların tərkibində) nəzərdə tutulmalıdır.

- Emal olunmuş ət

Mütəxəssislər kolbasa-sosis məmulatlarını insan sağlamlığı üçün olduqca ziyanlı hesab edir və bu kimi məhsullarından tam imtina etməyi və ya yalnız nadir hallarda (bayramlarda, özəl günlərdə) istehlak etməyi tövsiyə edirlər.

- Duz

Ümumdünya Səhiyyə Təşkilatının yeni duz istehlakının norması belədir: gün ərzində 2 qr duz. Əvvəllər bu norma daha yüksək idi. Lakin müasir insanların az hərəkət etməyini və fiziki işlə az məşğul olduğunu nəzərə laraq ÜST mütəxəssisləri normanı azaldıblar.

Burada da gizli duz nəzərə alınmalıdır. Belə duz çörəkdə, ət məhsullarında, hətta şirniyyatlarda var. Bu səbəbdən mütəxəssilər yeməkləri duzsuz bişirməyi və ya onlara az miqdarda duz əlavə etməyi tövsiyə edirlər.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed