17.04.2017 [10:30] - Gündəm, Mədəniyyət
1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan edilməsindən sentyabrın 15-dək Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində xüsusi rolu olan Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın həyatı haqqında bədii filmin çəkilişi başa çatıb.
92 dəqiqəlik bədii filmin mayın axırında TRT kanalında göstərilməsi nəzərdə tutulur.
Filmin ssenari müəllifi Atilla Ünsal, rejissoru Süleyman Mərd Özdəmir, bədii rejissoru Aysun Özdəmirdir. Filmdə Nuri Killigilin uşaqlıq dövrünü aktyor Berat Koçər, gənclik dövrünü Eray Türk, yaşlı dönəmini isə İbrahim Gündoğan oynayıblar.
"Əvvəlcə Nuri paşa haqqında sənədli film çəkməyi düşünmüşdük, sonra bədii filmdə düşüncələrimizi daha yaxşı ifadə edə biləcəyimizi gördük. Tədqiqatçı-yazar Atilla Oralın “Nuri Killigil” kitabı bizə ən yaxşı yol göstərici oldu. Qafqaz İslam Ordusunun komandanı olmuş Nuri paşanın həyatının Azərbaycan dönəmiylə bağlı arxiv videoları əldə etməyə çalışsaq da, buna nail ola bilmədik. Nuri paşanın çox sevdiyi azərbaycanlı şair Əhməd Cavadın sözlərinə bəstələnmiş “Çırpınırdın Qara dəniz” mahnısının fraqmentlərini filmin bir neçə yerində səsləndirmişik” - deyə, o, bildirib.
Qeyd edək ki, 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtindəki silah zavodunun partladılması nəticəsində şəhid olan Nuri paşaya qiyabi cənazə namazı 28 sentyabr 2016-cı ildə Edirnekapı şəhidliyindəki məzarı başında qılınıb. Türkiyə Osmanlı imperiyasının baş naziri Ənvər paşanın qardaşı Nuri Killigili tədqiqatçı-yazar Atilla Oralın 2016-cı ilin iyununda çıxmış 928 səhifəlik “Nuri Killigil” kitabıyla daha yaxşı tanıyıb. Yaxın günlərdə Sütlücədə Nuri Killigil parkının açılışı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |