17.04.2017 [11:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Mehman Əliyev: “Həqiqətləri xalqın bilməsindən daha çox qorxurlar, nəinki Amerikadan”;
Fərəc Quliyev: “Hesab etmirəm ki, bir saytın fəaliyyətinə bu qədər önəm verilsin”
Azərbaycanın aparıcı internet-provayderi ölkənin əsas müstəqil informasiya mənbələrindən birinin - “Azadlıq Radiosu”nun (“Azadlıq Radiosu”nun Azərbaycan Xidməti) saytına girişi əngəlləyir. Bu barədə “Azad Avropa / Azadlıq Radiosu” korporasiyasının bəyanatında deyilir. Contact.az məlumatı yayıb.
“Hesab etmək lazımdır ki, provayder - ”Delta Telecom" şirkəti martın 27-dən saytı bağlamağa başlayıb. “Freedom House” təşkilatının məlumatına görə, Azərbaycan hökumətindən lisenziyası olan “Delta Telecom” şirkəti ölkənin iki əsas internet tədarükçüsündən biridir", deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd edilib ki, digər müstəqil KİV-lər - “Meydan TV” və “Azadlıq” qəzeti də eyni problemlə qarşılaşır.
“Azad Avropa / Azadlıq Radiosu” korporasiyasının prezidenti Tomas Kent bunu pisləyərək, onları alternativ informasiyanın yerli auditoriyaya çatdırılmasını əngəlləmək məqsədilə Azərbaycan hökumətinin açıq-aşkar sui-istifadəsi kimi qiymətləndirib.
Bəyanatda həmçinin qeyd edilir ki, “Freedom House”un söz azadlığı sahəsində vəziyyət haqqında hesabatına əsasən, Azərbaycan jurnalistlərin daim dövlət məmurları tərəfindən təqiblərə məruz qaldığı qeyri-azad ölkələr kateqoriyasına daxil edilib.
“Azadlıq Radiosu” Praqadakı veb-saytından məlumatları yaymağa, rəsmi mətbuatın mühüm alternativi olaraq qalmağa davam edir.
Bir müddət əvvəl Azərbaycan hakimiyyəti sözügedən internet-resurslardan istifadədə hər hansı problemlərin yaranmasını inkar edib.
Bəyanatın ardından Azadlıq Radisonun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyini önə çəkərək, Azərbaycan-Amerika münasibətlərinin pisləşə biləcəyi ilə bağlı fikirlər səslənməyə başlayıb. Azərbaycan hökumətinin bir saytın fonunda Amerika ilə münasibətlərin soyuqlaşma ehtimallarından ehtiyat etməməsi ciddi şəkildə müzakirə edilir. İqtidarın nə üçün belə etdiyi suallar doğurur. Sanki Azərbaycan tərəfi dirəniş göstərməklə hər şeyi gözə almış durumda görünür.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Azərbaycan hakimiyyəti Amerikadan deyil, həqiqətdən qorxur: “Ölkəmizdə medianın vəziyyətinə baxsaq, görərik ki, media tam nəzarət altındadır. Azərbaycan hakimiyyəti müstəqil medianın mövcudluğunda maraqlı deyil. Həqiqətlər ört-basdır edilir. Alternativ fikirlər ölkə daxilində kifayət qədər az qalıb. Azərbaycanda informasiyaların yayılmaması iqtidar üçün çox vacibdir, hətta Amerika ilə münasibətlərdən belə üstündür. Çünki həqiqətləri bilən insanların baxışları dəyişir. Düzgün informasiyanın getməsindən hökumət o qədər narahatdır ki, hətta münasibətlərə xələl gəlməsindən belə çəkinmirlər. Xalqın özündən daha çox qorxurlar, nəinki Amerikadan”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, belə problemlər asanlıqla aradan qaldırıla bilər: “Amerika ilə Azərbaycan strateji tərəfdaşdır. Nüvə məsələləri, terrora qarşı birgə mübarizə, narkobiznesə qarşı mübarizə və digər amillər hər iki dövlətin strateji tərəfdaş olduğunu göstərir. Həm də hər iki dövlət Avropanın enerji ilə təminatında yaxından iştirak edir. Əlaqələrlə bağlı siyahını uzatmaq mümkündür. Düşünürəm ki, son zamanlarda bölgədə gedən proseslərdə Azərbaycanın önəmi dəyərləndirilirsə, ölkəmiz mühüm dövlət sayılırsa, baxışlar dəyişməlidir. Azərbaycana ünvanlanan təbliğat vasitələri, həmçinin Azadlıq Radiosu fəaliyyətini bu istiqamətdə qurmalıdır. Azərbaycan cəmiyyətini, dövlətimizin dostlarını ölkə ətrafında birləşdirmək, düşmənlərimizi ifşa etmək fəaliyyəti ortada olmalıdır. Açığı, hesab etmirəm ki, bir saytın fəaliyyətinə bu qədər önəm verilsin, onun qarşısı alınsın. İnciklik ola bilər. Dövlətlər bayaq qeyd etdiyim məsələlər ətrafında razılaşmalıdırlar. Azərbaycan və Amerikadakı bəzi məmurlar qəbul edilmiş strateji tərəfdaşlıqdan kənarda fəaliyyət göstərir, özbaşınalıq edirlər. Fərqli bəyanatlar verilir. Ümumi yanaşmaya xələl gətirən məsələlər olmamalıdır”.
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |