Şrift:
Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası olub.
18.04.2017 [17:31] - Gündəm, Afişa
Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda “PəltəkCücə” tamaşası öz balaca tamaşaçıları tərəfindən maraqla qarşılandı.
Tamaşada hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, “cik-cik” yrinə “tık-tık” deyir. Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən Ana Toyuq Pəltək Cücəni həkim Tülkünün yanına aparır. Tülkü müalicə adıyla Cücəni xəstəxanada saxlayır.
Pəltək Cücənin Nazlı Cücə, Müğənni Cücə, İdmançı Cücə, Ağıllı Cücə, Dələduz Cücə, Balaca Cücə bacı-qardaşları var. Sonda bacı qardaşlar ata analarıyla birgə Pəltək Cücəni Tülkünün əlindən qurtarırlar. VƏ söz verirlər ki, birdə bacılarına gülməyəcəklər.
Tamaşada məqsəd uşaqlara qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağa aşılamaqdır.
Tamaşanın rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazova, musiqilərin mətnləri Rəfael Muradxanlı.
Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed